Məhəmməd peyğəmbər haqqında

Məhəmməd Peyğəmbər hər hərəkətini yüz dəfə ölçüb-biçərdi, adamların qəlbinə dəyməkdən həmişə ehtiyat edərdi, həddindən artıq təvazökar və sadə idi. Sarayda yaşamağı sevmirdi. Ətrafında nökər-naibi yox idi. Sadəliyi hər şeydən üstün tutan Məhəmməd Peyğəmbər heç vaxt hökmdarlıq iddiasında olmamışdı, münasibətdə ağa-nökər ayrıseçkiliyinə yol vermirdi. Hətta Ərəbistanın hökmdarı olanda ağzından çıxan hər söz, hər kəlimə müqəddəs kimi qəbul ediləndə belə Hz.Məhəmməd öz sadəliyindən, təvazökarlığından dönmədi və bununla da sübut etdi ki, o, başqa cür ola bilmir.
Məkkə şəhərində onun iki şəxsi evi vardı. Şəhər sakinləri təqiblərinə məruz qalıb, Yəsribə qaçdığı vaxt həmin evlərin hər ikisi də müsadirə olunmuşdu.
Davamı →

Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»


Davamı →