İlk müsəlman qadın - Həzrəti Xədicə

Ətrafında günah işlədən və haramla məşğul olan insan dənizinin olmasına baxmayaraq, üzərək saflıq və təmizlik sahilinə çıxmağı bacardı. Namusunu və həyasını özü üçün bir qalxana çevirərək ən ismətli bir qadın kimi məşhurlaşdı. Ticarətlə məşğul olaraq daha da varlandı, ancaq ona evlənmək təklif edənlərə bir-birinin ardınca rədd cavabı verdi. Sanki həyatının ən ayrılmaz bir hissəsi olacaq və onu başdan-ayağa dəyişdirəcək ömür-gün sirdaşını gözləyirdi. Arzuladığı saflıq, paklıq, düzlük və doğruluq nümunəsi olan, cəhalət və günah dənizində özünü hər cür çirkabdan qorumağı bacararaq hamının pərəstiş etdiyi adamı, nəyahət ki, axtarıb tapdı və ona ürəkdən, könüldən bağlandı. Amma səbri artıq tükənmişdi və bundan sonra da gözləməyə taqəti qalmamışdı. Ona görə də dövrünün adət-ənənələrinin əleyhinə gedərək tapdığına özü evlənmək təklifi etdi.
Ardı →

Həzrəti Xədicə

Möminlərin ilk anası Xədicə [radiyallahu ənhə] bint Huveyliddir. Xədicə adının mənası vaxtından əvvəl doğulan qız uşağı deməkdir. Yeddi aylıq doğulduğu üçün ona bu adı vermişdilər. Əslində isə o, 15 il əvvəl doğulmuşdu. «Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.» [Hədisi şərif]
Cahiliyyə dövründə onu ət-Tahirə [təmiz] deyə çağırırdılar. Çünki həqiqətən də təmizlərdən idi. Peyğəmbərimizdən [s.a.s] əvvəl iki dəfə ailə qurmuşdu. Birinci həyat Hind İbnun Nəbbaş İbn Zurarə [Əbu Halə] idi. Xədicə anamızın ondan Halə və Hind adlı iki oğlu olmuşdur.
Davamı →