...Qırağına bax, bezini al!

XIX əsrin axırı, XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr nəticəsində iqtisadi böhran tüğyan edir. Ancaq buna baxmayaraq, sənətkarlıq, o cümlədən toxuculuq və parça istehsalı öz axarı ilə gedir.

Eyni zamanda ölkənin ictimai-mədəni həyatında yeniliklər baş verir. Kapitalist münasibətlərinin inkişaf etməsi ilə əlaqədar kustar istehsalın bəzi sahələrində oyanma özünü göstərir.
İlk manufaktura müəssisələri yaranır. Parça üçün əsas element olan boyaq məhsulunun istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Bunun da nəticəsində toxuculuq sənayesində kustar fabriklər yaranır və getdikcə inkişaf edir.

Ölkədə parça istehsalı artır. Ancaq təəssüf doğuran bu olur ki, həmin məhsulun doxsan faizi Həştərxan su yolu ilə Sankt-Peterburq şəhərinə daşınır. Çar Rusiyası bu zaman ölkənin yeni yaranan toxucu fabriklərini Azərbaycandan gətirilən ipək, pambıq, boyaq və digər xammalla təmin edir. Bu işi davam etdirmək məqsədilə nə lazımsa hamısı təşkil olunur.
Davamı →

Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.

1912-ci ildə Paris səfərindən qayıdan H.Z.Tağıyev “Bakı” qəzetinin müxbirinə belə bir əhvalat danışmışdır:
— Parisdə faytonda gedirdim, qabaqda mənə sağa burulmaq lazım idi. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim:
— “Sağa dön.” Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. “Ona nə oldu?” – deyə mən tərcüməçidən soruşdum”.
Ardı →