Hamiləliyin ağırlaşmaları

Hamiləliyin erkən toksikozu — Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi  pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzlərinin funksiyasında, ürək-damar sistemi, böyrəklərdə, digər orqan və sistemlərdə, elektrolit və hormonal tərkibində nəzərə çarpacaq dəyişikliklər baş verir.
Həmçinin mədə-bağırsaq xəstəlikləri, infantilizm, süni abortlar, astenik tipli konstitusiya, qalxanabənzər vəzin xəstəliyi, qeyri-düzgün qidalanma, sinir gərginliyi toksikozun yaranmasına şərait yaradır.
Toksikozları 2 böyük qrupa bölürlər: erkən (hamiləliyin I yarısında) və gecikmiş (hamiləliyin II yarısında).
Erkən toksikozun ən geniş yayılmış forması qusmadır.
Davamı →

Vaxtından əvvəl doğuş və infeksiyalar

Adətən hamiləlik 280 gün davam edir. Vaxtında doğuş dedikdə 37-41 ci həftə nəzərdə tutulur. Vaxtından əvvəl doğuş dedikdə isə 28-37-ci həftələr nəzərdə tutulur. Vaxtından əvvəl doğuşun səbəbi müxtəlif olur.Məsələn: infeksiya, endokrin pozulmalar, infantilizm, döllə ana arasında qanın izoantigen uyğunsuzluğu, çoxdöllük, ağır hestoz, ürək-damar xəstəlikləri və s. Mikroblar da döldə olanda anaya və körpəyə ziyan verir.

Ən əsas mikroblar və fəsadları
T-toksoplazma(toxoplasmosis)
O-digər infeksiyalar (others)
R-qizilca (rubella)
C-sitomeqalovirus (cytomegalovirus)
H-herpes (herpes simplex virus)
Davamı →