Uzaqdan baxdıqda istənilən şey gözəl görünür

Sevgisiz dünya qapalı pəncərənin arxasındakı külək kimidir. Nə toxuna, nə içinə çəkə bilirsən.

Əvvəllər belə düşünürdüm ki, insanlar illər keçdikdə, müntəzəm olaraq qocalır… Sən demə belə deyilmiş. İnsan ani olaraq qocalır.

Dünyada səhv fikir deyilən bir şey yoxdur. Bizim fikirlərimizlə üst-üstə düşməyən fikirlər vardır. Bu qədər bəsit.

İnsan nə qədər böyükdürsə, onun həyatında artıq düzəldilə bilməyəcək şeylərin sayı da bir o qədər çoxdur.

Bir-birimizi qucaqlamaqla öz qorxularımızı bölüşürük.

Hər bir kəs “hər şeyin yaxşılıqla” bitəcəyinə inansa, dünyada qorxulacaq bir şey qalmayacaq.
Davamı →

Özlərinə görə məyus olanlar ancaq axmaqlardır

Hər şeydən əl cəkərək, hec bir ins-cinsin tərəfindən tanınmayan sadə bir məkana getmək əla olardı.Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə.

Xatirələr insanı lap dərindən isidir, amma eyni zamanda da parça — parça edərək məhv edir.

Ağrı qaçılmazdır, əzab çəkmək isə mütləq deyil.

Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır.

Mən daim nələrisə arzulayıram. Hərdən düşünürəm ki, bu etdiyim ən doğru şeydir.

Bizə hiss etdirdiyi əzablardan asılı olmayaraq, bəzi xatirələrin nə vaxtsa yoxa çıxmasını istəmirik.

Ölüm həyatın əksi deyil, lakin onun bir hissəsidir.
Ardı →