İlk gözəllik salonu necə yaranıb?

Helena Rubinsteinİndiki dövrümüzdə bütün dünyada gözəllik salonları çoxluq təşkil edir və günbəgün də artmaqdadır. Müasir dövrdə elə adam tapılmaz ki, bu salonların xidmətindən istifadə etməmiş olsun.

Çoxumuz elə bilirik ki,  bu gözəllik salonları ilk dəfə dəblər mərkəzi sayılan Avropada istifadəyə verilmişdir. Amma bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, ilk gözəllik salonu Avropada deyil, uzaq Avstraliyada- Melburnda yaradılmışdır. Bu  salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...

 XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan Tibb Universitetinin tələbəsi olmuş Yelena Rubinşteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına qoyur…


Ardı →

Elena Rubinşteyn

O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.


“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn


Ardı →