Hicran düşdü aralığa Ziyadxan Əliyev
Yaşasaydı bu il 70 yaşı tamam olacaqdı, amma 8 il əvvəl bu «günahlı dünya”ya əlvida dedi. İşıqlı əməlləri ilə qazandığı axirəti nə qədər özünə rahatlıq gətirsə də, yoxluğu ilə onu tanıyan dostlarına, əsərlərinə rəğbət bəsləyən sənət xiridarlarına əbədi „hicran”ın acısını yaşatdı. Aralığa düşən bu “hicran”ın işığında onun sənət dünyası ilə tanışlığımız doğrudan da onun bənzərsiz yaradıcı təfəkkürə malik olduğunu və elə bu səbəbdən də xatırlanmalı olduğunu sərgilədi. Bununla belə etiraf edək ki, istedadlı fırça ustasının yaradıcılığına indiki müraciətimizin kökündə rəssamın ömür-gün yoldaşı Xalidə Hicranın onun barəsində hazırladığı „Sənətin sənətkarı” kitabının işıq üzü görməsi durur. Söhbət heç bir fəxri ad daşıyıcısı olmasa da, çoxşaxəli və özünəməxsus yaradıcılığı ilə Azərbaycan incəsənətində özünəməxsus iz qoymuş Hicran Şəmil oğlu Seyidovdan (1950-2012) gedir...
Davamı →
Davamı →