Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar.
Davamı →

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur.

Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir.
Davamı →