Hinduizm dini

Hinduizm Brahmanizmin  təkamül tapmış formasıdır və  8-9-cu əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır.
 

1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan yerli əhali


Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlərin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədəniyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviyyəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran ərazilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Untouchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı bölgədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdirən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil olmasından öncə də mövcud idi.
Davamı →

Hindistan haqqında maraqlı məlumatlar

Hindistan -Cənubi Asiyada yerləşir. Dünyanın ən böyük 2-ci coğrafi ərazisi və əhali sayısına görə ən böyük 2-ci ölkəsidir. 28 əyalət və 7 birlik bölgəsindən ibarətdir.

Pakistan, Çin, Nepal, Butan, Banqladeş və Myanmar ölkələri ilə həmsərhəddir. 4 önəmli dünya dinləri olan Hinduizm, Budizm, Jainizm və Sihizmin yarandığı ölkə olmaqla yanaşı, Zərdüştlük, Yəhudilik, Xristiyanlıq və İslam dinlərini də e.ə 1-ci əsrdən ölkənin böyük bir hissəsinə yayılmışdır.

Hindistan adı köhnə farscada İndus adından yaranmışdır. Qədim yunanlar Hindistanlıları İndoi olaraq adlandırırdılar. Hindistan adı Konstitusiyasında və bir çox yerli dildə Bharata olaraq adlandırılır. Bharata adı Hindlilərin əfsanıvi müqəddəs krallar olan Kral Bharatanın adından yaranmışdır.

Din Hindistanında bir həyat tərzidir. Hindililərin yaşamının ayrılmaz hissəsidir. Hindistanda bir çox dinlər mövcud olsa da İslam dini ən qabaqcıl din hesab olunur və İndoneziyadan sonra Müsəlman əhalinin sayına görə 2-ci yeri tutur.

Əhalisinin sayına görə Hindistan dünyada 2-ci yeri tutmaqdadır. 1.2 milyard nüfuza sahibdir. Dehli, Mumbay və Kalkutta Hindistanın ən böyük 3 şəhəridir.

Hindistan öz filmləri ilə də dünyada məşhurdur və bir çox müxtəlif bölgələrdə filmsənayesi mövcuddur. Bunlardan ən önəmlisi isə Mumbaydakı Bollywood filmsənayesidir. Bollywood adı Hollyüood və Bombay(Mumbay) adlarının birləşməsindən yaranmışdır.
Ardı →