Hollivudun tanınmış yaraşıqlı kişilərinin sevdiyi qadınlar

Hollivudun ən yaraşıqlı kişilərinin çoxu modellərlə sevgili olur. Yaraşıqlı  kişilərin “Victoria Secretin” gözəl mələkləri ilə sevgili olmasına artıq  öyrəşmişik. Lakin heç də bütün yaraşıqlı kişilər gözəl qadınları seçmir.

Aaron Conson və Sem Teylor-Vud 

Yaraşıqlı aktyor “Con Lenon olmaq” filiminə çəkiləndən sonra hamını  təəccübləndirir. Belə ki, “The Sun” agentliyinin müxbirlərinin aktyorun izinə  düşməsindən sonra məlum olur ki, aktyor filmin rejissoru ilə görüşür. 32 yaşlı  aktyor 45 yaşlı Sem Teylor-Vud ilə ailə qurur. Bu xəbər ilk vaxtlarda hamını  təəccübləndirsə də, sonradan normal qarşılanır. Cütlüyün indi iki övladı  var.

   


Ardı →

Al Pacino

  • Kino

Al Pacino“Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulmuşdur. Valideynləri ayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar — “Aktyor”.

Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşında məktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişmişdilər.
“Nyu York Underground” teatrında çıxışlarından sonra o Hertbert Berqhofun “HB Studio”suna qoşuldu. Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya da dostlarının evində gecələməli olurdu.


Ardı →