Qan qrupuna uyğun qidalanma: II qan qrupu

Dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantlarından biri qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən qida çıxardılır. Bunun sayəsində orqanizm toksinlərdən təmizlənir, piy toxumaları qidalanmır. Beləliklə, arıqlama prosesi başlayır.

Amerikalı həkim naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün ərzaq məhsulları insan orqanizminə təsiri və qan qrupu baxımında 3 hissəyə bölünür: faydalı, zərərli və neytral qruplara.

Pəhriz konkret qan qrupu, orqanizmin hüceyrə quruluşu ilə bağlı olduğundan eyni məhsullar müxtəlif qan qrupları üçün çəki itkisini təmin edə bilməz. Tutalım, 1-ci qan qrupun nümayəndələrini arıqladan qida 2-ci qan qrupdan olan insanın səhhətinə mənfi təsir göstərə bilər.

II qan qrupu üçün pəhriz
Bu qan qrupunun nümayəndələrini "əkinçi" adlandırırlar. Bu qan qrupu ən qədim həyat tərzi keçirən ovçuların (I qan qrupu) aqrar həyat şəraitinə uyğunlaşması sayəsində yaranıb. Dünya əhalisinin 37,8 faizi bu qan qrupunun nümayəndələridir.

Xarakterik cəhətləri odur ki, kollektivə yaxşı adaptasiya olurlar, yaxşı təşkilatçıdırlar, oturaq həyat tərzini sevirlər.

Güclü tərəfləri:
Pəhriz və ətraf mühitin dəyişikliklərinə yaxşı uyğunlaşırlar;

Əgər müvafiq pəhrizə (vegetarian) riayət edərlərsə, immun və həzm sistemləri effektlidir.

Zəif tərəfləri:
Həzm sistemi həssasdır;

İmmun sistemi bütün infeksiyalara qarşı açıqdır;

Sinir sistemində yüksək həssaslıq müşahidə edilir.
Ardı →