Yemək və içməyin hökmləri

Məsələ 2633: Şahin və qartal kimi yırtıcı və caynağı olan hər quşun əti haramdır. Həmçinin göydə qanad çalması süzməsindən az olan hər caynaqlı quşun əti haramdır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı, mədə və ayağının arxasında buynuzu varsa, halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Lazım ehtiyat odur ki, qarğanın hər növündən, hətta qara qarğadan da ictinab olunmalıdır. Amma deyilənlərdən başqa — toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. Amma hudhud və göyərçin kimi bəzi quşlan öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin lazım ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Davamı →

İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
Davamı →

Cüalənin hökmləri

Məsələ 2226: Cüalə odur ki, insan onun üçün görülən işin əvəzində bir şey verməyi qərara alsın. Məsələn; desə: «mənim itirdiyimi tapan kimsəyə on manat verəcəyəm» bu qərarı qoyan şəxsə «cail» və işi yerinə yetirən şəxsə icarədə «amil» deyilir. Cüalə ilə icarə arasında fərq odur ki, icarədə siğə oxunduqdan sonra əcir olunan şəxs gərək işi icra etsin və onu əcir edən şəxs onun muzdunu borclu olur, lakin cüalədə amil müəyyən bir şəxs olsa da, işi icra etməyə bilər və o işi icra etməyinə qədər cail ona borclu olmaz.
Davamı →

Həzrət Zəhra (ə) və hicab məsələsi

Həzrət Musa ibn Cəfər (Ə) atalarından və İmam Əli (ə)-dən rəvayət etmişdir ki, buyurdu: «Kor bir şəxs barədə həzrət Fatimeyi-Zəhra (s) ərz etdi: Atacan, o, məni görməsə də mən kor deyiləm. O, bədənin ətrini duyur. Peyğəmbər (s) buyurur: Şəhadət verirəm ki, sən canımın parasısan.» (Əhməd
Ardı →