Yazıçı və səyyah Jül Vern

Kimin ağlına gələrdi ki, 1828-ci il fevralın 8-də vəkil Pyer Vernin ailəsində anadan olan Jül adlı oğlan gələcəkdə milyonların pərəstiş etdiyi böyük yazıçı olacaq?

Fransız coğrafiyaşünası və yazıçısı, macəra ədəbiyyatının klassiki, elmi fantastika janrının banilərindən biri Jül Vern uşaqlıqda yaşıdlarından heç nə ilə fərqlənməyib. Sadəcə tez-tez limana qaçıb, dünyanın hər yerindən gələn yelkənli gəmilərə tamaşa etməyi çox sevərmiş. Doğrudur, yaşıdları da onun kimi limanda vaxt keçirirdi, amma balaca Jül kimi hərəkət edən az-az tapılardı. Bu hərəkətinə görə atası onu yaxşıca kötəkləmişdi.

O, 11 yaşında “Korale” gəmisində matros köməkçisi kimi Hindistana yola düşmək istəyir. Bunun üçün gəminin kapitanı ilə razılaşır. Bu fərasətli oğlan kapitanın elə xoşuna gəlir ki, onu özü ilə bərabər səfərə götürməyə razılıq verir. Gənc Jül özünü çox xoşbəxt hiss edir. Amma onun bu xoşbəxtliyi uzun sürmür. Atası özünü yetirib bəxtsiz səyahətçini evə qaytarır. Jül atasına söz verir ki, daha heç vaxt belə hərəkət etməyəcək, amma uzaq-uzaq ölkələrə səyahət etmək arzusu içində kök salır. Atası xəyalpərvər oğlunun dənizçi karyerasına qarşı idi. Jülü Sorbonna Universitetinin hüquq fakültəsinə hazırlaşdırırlar.
Davamı →

Jül Vern

Fransız yazıçı Jül Vern ədəbiyyatda yeni bir janrın – elmi fantastikanın yaradıcısı hesab edilir. Onun kitabları oxuculara dünya ətrafında dövr etmək, yeni adalara səfər etmək və okeanların dərinliklərinə enmək imkanı yaradır. O öz əsərləri ilə elmdə yeni kəşf və açılışlara səbəb olmuşdur. Onun bəşəriyyət qarşısındakı əsas xidmətlərindən biri də həvəsli insanlara Yer kürəsini araşdırmalarına təkan verməsidir.

Jül uşaqlıq dövründə dünya səyahətinə çıxmağı arzulayırdı. Onun doğulduğu qədim Nant şəhəri Luar çayının sahilində yerləşirdi və Nant limanında müxtəlif ölkələrdən olan çox yelkənli gəmiləri görmək mümkün idi. Hər şeylə maraqlanan kiçik Jülün 11 yaşı olduqda valideynlərinin xəbəri olmadan limana gəlir və bir gəmi kapitanından onu gəmidə işə götürməsini xahiş edir. Kapitan razılaşır, Jül göyərtəyə qalxır və gəmi yola düşür. Şəhərdə məşhur olan vəkil, yəni Jül Vernin atası güc-bəla ilə kiçik paraxodla oğlunun olduğu gəmiyə çata bilir. O oğlunu geri qaytarsa da, səyahət fikrindən daşındıra bilmir. Bu zaman o atasına demişdi: “Bundan sonra mən xəyallarımda səyahət etməyə məcburam”.
Davamı →

Jül Vern haqqında 15 fakt

1. Jül Vern 1828-ci ildə Fransanın önəmli ticarət limanı hesab olunan Nants şəhərinin Feydau adasında dünyaya göz açıb. Beş uşağın ən böyüyü olub.

2. 19 yaşında ailəsinin istəyi ilə hüquq oxuyub atası kimi vəkil olmaq üçün Parisə gedir. Ancaq Jül Vern vaxtının çoxunu öz istəklərinə xərcləyirdi. Atası oğlunun bohem həyat tərzi yaşadığını və hekayə yazdığını öyrənəndə bir də ona pul göndərmir. Jül Vern vəziyyətin belə olduğunu görüb dolanışıq pulunu çıxarmaq üçün birja işinə girməyə məcbur olur.

3. Parisdə məşhur Viktor Hüqo və "Üç müşketyor«un müəllifi Aleksandr Düma ilə vaxt keçirməyə fürsət tapır. İki usta imzadan yazarlıq haqqında tövsiyələr alır. Viktor Hüqonun naşiri Pier Hitzel ilə tanışlığı isə həyatının ən önəmli anlarından biri olur.

4. 28 yaşında iki qız uşağı anası Honorine de Viane ilə evlənir. Dörd il sonra Maykl adında uşaqları olur.
Davamı →

Jül Vern

Jül Qabriel Vern — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri.
Jül Vernə (fr. Jules Gabriel Verne, 8 fevral 1828 — 24 mart 1905) dünya şöhrəti gətirmiş əsərlərindən «Yerin mərkəzinə səyahət» (1864), «Kapitan Qrantın uşaqları» (1867), «20 000 lye su altında» (1870), «80 gün dünya ətrafında» (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.


Ardı →

Jül Vern

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne ) 1828-ci il fevral ayının 8-də Fransanın Nant şəhərində anadan olmuşdur. Fransız yazıçısı Jül Vern ədəbi fəaliyyətə 1849-cu ildən başlamışdır.
Yazıçıya şöhrət qazandıran 1863-cü ildə yazdığı «Beş həftə hava şarında» romanı olmuşdur. Bunun ardınca Jül Vern çoxlu elmi–fantastik ictimai-satirik macəra, roman və povestləri yazmışdır. 1867-1868-ci illərdə «Kapitan Qrantın uşaqları», «80000 kilometr su altı ilə», 1869-1870-ci illərdə «80 günlük dünya səyahəti», 1872-ci ildə «Gizli ada», 1875-ci ildə «On beş yaşlı kapitan», 1878-ci ildə «Üzən ada» və sairə əsərlərini yazmışdır. Onun 1892-ci ildə yazdığı məşhur «Klodius Bombarnak» əsərində Azərbaycan (Gəncə, Bakı, Xəzər dənizi və s.) haqqında da danışılır.
Ardı →