Janet Yellen

ABŞ və dünyanın nüfuzlu bankir qadını
Janet Yellen – 2014-cü ilin fevral ayından etibarən ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəridir. Bu zamana qədər isə 4 il müddətində FES şurasının sədrinin müavini vəzifəsinə sahib idi. FES dünyanın ən nüfuzlu mərkəzi bankı hesab edilir və onun tarixi 1913-cü ildən başlayır. Həmin ilin dekabr ayında Mərkəzi bank funksiyalarına sahib, həmçiin ABŞ-ın bütün Bank sistemini tənzimləyən xüsusi federal agentlik yaradılır.

Janet 13 avqust 1946-cı ildə Bruklində dünyaya gəlib və amerika-yəhudi ailəsində tərbiyə alıb. Onun anası – Anna Rut Yellen evdar qadın, atası – Culis Yellen isə professional terapevt idi. Janet Hamilton məktəbini qızıl medal ilə bitirir və bunun ardınca Braun universitetinə daxil olur. 4 illik təhsildən sonra 1967-ci ildə fərqlənmə ilə bakalavr diplomunu əldə edir. O 1971-ci ildə Yale universitetində fəlsəfə üzrə doktorluq dərəcəsini müdafiə edir. Şəxsi həyatına gəldikdə isə qeyd etmək lazımdır ki, o 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına laureat olan məşhur amerikalı iqtisadçı Corc Akerlof ilə evlidir. Onların oğlu Robert də həmçinin valideynlərinin yolu ilə gedir və o Uorik universitetinin dosentidir.
Davamı →