Kölgədə qalmağı bacaran Apple dahisi

İlk iPod-u xatırlayın. O əsl inqilab idi. Nəyə görə? O dövrdə bazarda daha əvvəldən istehsal edilmiş çoxlu sayda mp3-player mövcud idi. Bəs iPod-u xüsusi edən nə idi? Cavab onun kifayət qədər sadə quruluşunda idi. Lakin Jony Ive yalnızca iPod yaradıcısı deyil, həmçinin o Apple dizaynını tərtib etmiş və dünyaya sübut etmişdir ki, minlərlər funksiyası olan cihaz ixtira etmək azdır, əsas olan qeyd edilən sayda funksiyanı cəmi 3 “knopka” ilə etməyi bacarmaqdır.

Leander Kahney-in müəllifi olduğu “Jony Ive: The Genius Behind Apple`s Greatest Products” adlı kitabda İngiltərədən olan dizaynerin ilk öncə Amerikanı, sonra isə bütün dünyanı əlavə detalları unutmağa vadar edən bir şəxs olduğundan bəhs edilir.

Leander Kahney yaradıcılıq fəaliyyətinin 10-dan çox ilini Apple şirkəti ilə bağlı hadisələrin işıqlandırılmasına həsr etmişdir. Yazıçının bu yeni kitabında Jony Ive haqqında naməlum faktlar, Steve Jobs ilə dostluğu və karyerası haqqında məlumatlar yer almışdır.
Davamı →