İrsimiz İşğal altında

       Kəlbəcər rayonundakı «Qayaüstü təsvirləri» ən çox «Sərçəli dağ», «Qurbağalı çay», «Gəlin qayası», «Soltan Heydər», «Ağ çay», «Ayı çınqılı», «Zalxa gölü», «Dəvəgözü dağı» adlanan yerlərdə idi.

       Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox «Qayaüstü təvirlərini» qeydə almış və onlardan bir çoxlarının fotf-şəkillərini çəkmişdir. «Qayaüstü təsvirlər» ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi.


Ardı →

Kəlbəcər rayonu

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi

«Kəlbəcər» toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car «qala» mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Ardı →