Kamilla Kladuel

Kamilla Kladuel 8 dekabr 1864-cü ildə Fransada bank işçisi Lui Prosper və dindar Luisa Atanisinin ailəsində doğulub. Ailənin ikinci övladı olan Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi.

Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi. Lakin, hələ on üç yaşı olanda Kamilla Bismarkın, I Napoleonun heykəllərini düzəltməyi bacarırdı. Qızının bu qabiliyyətini qəbul etməyən ana tezliklə Kamillanı arzuladığı işdən uzaqlaşdırmağa cəhd edir.

Kamillanın özündən böyük bir qardaşı və özündən kiçik balaca bacısı da vardı. Onlarla müqayisədə ana Kamillanın hərəkətlərini və qəribəliklərini qəbul edə bilmir. Onun fikrinə görə qızı ətrafdakı ailələrin gənc qızlarından xeyli fərqlənir və bu hal onun üçün xoşagəlməzdir.
Davamı →