Hannibal

Roma imperiyasının tarixində bu dövləti bir nəfərdən başqa heç bir kənar qüvvə, heç bir başqa dövlət məhv olma təhlükəsi qarşısında qoya bilməmişdi. Həmin adam Karfagen sərkərdəsi Hannibal (e.ə. 247 – e.ə.183) idi. Bu hadisə də ona görə heyrət doğurur ki, bir adamın arxasında nə imperiya, nə də ölkə vardı. O, cəmi bir şəhərin — Karfagenin qüvvəsinə və köməyinə bağlı idi.
Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Lakin sonralar Apennin yarımadasında Roma — möhtəşəm bir şəhər qorxunc şəkildə yüksəldi.
Ardı →

Pun müharibələri

«Karfagen» Finikiya dilində «yeni şəhər» deməkdir. Şimali Afrikada quldar şəhər dövləti olan Karfagen şəhəri dənizə uzanmış daşlı burun üzərində yerləşmişdi, coğrafi mövqeyi əlverişli idi. Dəniz ticarəti aparırdı. Şəhər ətrafındakı münbit torpaqlar quldarlara məxsus idi. Şimali Afrikanın bir hissəsi, İspaniyanın cənubu, Aralıq dənizinin bir sıra adaları Karfagenə tabe idi. E.ə. III əsrdə Karfagen və Roma Siciliya adasını ələ keçirməyə çalışırdı. Bu hər iki dövlət arasında müharibəyə səbəb oldu. Romalılar karfagenliləri «pun» adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir. E.ə. 264-146-cı illərdə fasilələrlə üç pun müharibəsi olmuşdu.


Ardı →