Uşaqlarla şəkilli kitab oxumağın faydaları


Beynin sol yarımkürəsi oxuyan uşaqlarda daha çox inkişaf edir
3-5 yaşlı uşaqların hekayələr dinləyərkən beyinlər fəaliyyətləri müşahidə edildi. Araşdırmalar, beyin fəaliyyətlərində, uşaqların evdə nə qədər oxuduğuna görə dəyşikliklər olduğunu müəyyən etdilər. Evdə daha çox kitab oxunduğunu deyən valideynlərin uşaqlarında, beynin sol yarımkürəsində aktivliyin daha çox olduğu müşahidə edildi. Yaşca böyük uşaqlar özləri kitab oxumağa başlayanda da bu bölgə aktivləşir. Kiçik uşaqlarda isə hekayələrə qulaq asarkən bu bölgə aktivləşir. Şəkilləri görmədən hekayə dinləyən uşaqlarda da görüntü ilə bağlı bölgədə aktivlik müşahidə edildir. Bu araşdırmaçıları təəccübləndirdi.
Davamı →

Şopenhauerin fikirləri

«Oxumaq, Yazmaq və Yaşamaq haqqında» kitabından

Oxuduqca sanki başqa bir insan bizim yerimizə düşünür. Biz sadəcə onun zehni prosesini izləyirik. Necə ki, yazmağı öyrənəndə şagird müəllimin qələmlə çəkdiyi xətləri izləyir, oxuyarkən də belədir, düşüncə işlərinin çoxu artıq bizim üçün edilir və proses bununla da yekunlaşır.

Davamı →

Bədən Dili kitabından maraqlı sitatlar | Joe Navarro

 

İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər.

Joe Navarro, Bədən Dili

 

  • Öyrədən həm də öyrənir.
  • Görürsən, amma müşahidə etmirsən
  • Biz insanlar üçün yalan — «sosial sağ qalma vasitəsi»dir.
  • Keçmişim, təhsilim və təcrübələrim sayəsində sizə ətrafınızdakı dünyaya bədən dili üzrə ixtisaslaşmış FTB agenti kimi baxmağı öyrətmək istəyirəm.Çünki hər insanın münasibəti informasiya ilə yüklənmiş canlı və dinamik bir dünyadır.Beləliklə, siz insanların nə düşündüyünü, hiss etdiyini və etmək istədiyini anlamaq üçün bədənin səssiz dilini istifadə etmək imkanına sahib olacaqsınız.


Davamı →

Xalqa necə kitab oxutduraq?

Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)

Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…

Davamı →

İnsanı Yaşadan Nədir? əsərindən mənalı sözlər | Lev Tolstoy


Dahi yazar L.N.Tolstoyun müəllifi olduğu "İnsanı Yaşadan Nədir?" əsərində 5 hekayə yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir. Buradakı hekayələrin hər biri sizi fərqli dünyalara götürəcək, ağlınızı, ruhunuzu və qəlbinizi aydınladacaq, bəzən vicdanınızla üz-üzə qoyacaq, bəzən isə içinizdə kilidlənmiş qapıları açıb yaxınınızın, qonşunuzun qapısını döyməyə vasitə olacaq gücdədir.

  • Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.

  • Anladım ki insan sevgi ile yaşayır...

  • Çünki əslində, Yaradan elə sevginin özü imiş...


Davamı →

Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanından mənalı sitatlar

Xalid Hüseyninin müəllifi olduğu “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. 

  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.

  • Hər sınağın,hər dərdin bir səbəbi var.

  • Sirrini küləyə desən, ağaclara dediyi üçün günahlandıra bilməzsən..

  • Bəzən mənə elə gəlir ki, sən mənim dünyada olan hər şeyimsən...

  • Bir-birini anlayan, başa düşən baxışlar....

  • Ətrafda bu qədər möcüzələr var ikən, niyə axı bu adamlar hamısı bunca laqeyddirlər?


Davamı →

Cəmşid Əmirovun Qara Volqa əsərindən mənalı sitatlar

Cəmşid Əmirovun “Qara Volqa” əsəri 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Bu əsər Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.

  • Nağıllarda deyildiyi kimi “ bir könüldən min könülə.
  • Ancaq kişiyə gözəllik deyil, bacarıq, mərdlik, sənət lazımdır. Ağıl lazımdır.
  • -Məsələ, əziz dost, cərimədə deyil. Əsl məsələ insanın öz nöqsanını başa düşməsidir.
  • Bürsəli, oğurluğun axırı yoxdur. İndiyədək oğurluq etmisən, nə qazanmısan? Heç nə!
  • Məhəbbət hökmə baş əyməz.

Davamı →

Ginnesin Rekordlar Kitabı

Dünyanın möcüzələri ilə yanaşı, onun rekord həddində olan hadisələri də yadda qalır. Rekordların bir araya toplanması ideyası isə 1955-ci ildə ağıla gəlib. Qeyri-adiliyi ilə yadda qalan həmin hadisələr bir yerə toplanaraq «Ginnesin Rekordlar Kitabı” (ing. The Guinness Book of Records) adlanıb ki, insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. Kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın „Ginness” pivə zavodunun sifarişi ilə nəşr olunub.

Davamı →