Kleopatra doğrudan gözəl olub?

Neçə minilliklərdi ki, Kleopatranın gözəlliyi haqqında yaranan əfsanələr dünyanı dolaşmaqdadır. Kleopatra doğrudan gözəl olub?

2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi çevrilmişdir. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunmuşdur.

Çariça Kleopatra VII Filopator — Ptolomey sülaləsinin sonuncu nümayəndəsi olmuş və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə onun adının Qədim Roma imperiyasını idarə edən Yuli Sezar və Mark Antoni ilə bağlı olduğu qeyd edilir. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Gəlin, baxaq, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?

Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarıxçisi Dion Kassiy çariçanı belə təsvir etmişdir: -“ o, çox cazıbədar və misli görünməyən bir gözəl olmuşdur. Onu görən hər bir kəs ilk baxışdan ona vurulurmuş...” Amma Dion Kassiydən 100 il əvvəl Plutarx Kleopatra haqqında belə yazmışdır: — “Çariça Keopatra məftunedici, qeyri-adi bir gözəlliyə malik olmayıb. Sadəcə cazıbədar bir qadın olub”. Amma təəssüflər olsun ki, nə Kassiyin, nə də Plutarxın dediklərini təsdiqləyən heç bir dəlil və fakt yoxdur. Çünki Kleopatra təsvir edilən heç bir rəsm və heykəltaraşlıq əsəri qalmamışdır.
Ardı →

Kleopatra

  • Qadın
Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi.

Azyaşlı qardaşı ər kimi

Kleopatra Makedoniyalı İsgəndərin dostu olan Ptolomeyin nəslindəndir. Müharibələrdə qazanc kimi gözəl və sirli Misir torpağını özünə hədiyyə kimi istəyən Ptolomey İsgəndərin ölümündən sonra öz padşahlığına çəkilmiş və bu ölkənin paytaxtını da dostunun şərəfinə Aleksandriya adlandırmışdı. Kleopatranın atası 11-ci Ptolomey Avlet qəddar və hamının nifrət etdiyi bir insan idi. Dünyasını dəyişəndə öz taxt-tacını böyük uşaqları 16 yaşlı Kleopatra və 13 yaşlı Ptolomeyə vəsiyyət edir. Misir adətinə görə, bacı-qardaş nikah bağlayırlar.
Davamı →