Kompüter qabağında əyləşənlər üçün qidalanma

Kompüter qabağında uzun müddət əyləşən hər kəs bilməlidir ki, diqqətini informasiya ilə zəngin kompüterə yönəltmək beyninizin iş fəaliyyətini dəfələrlə artırır. Siz az şey oxusanız belə gözünüzün qabağından keçən bütün informasiyaları beyniniz qəbul edir. Sadəcə həmin informasiyalar sizi maraqlandırmadığı üçün vizual informasiya halına keçmir. Lakin sizi hipnoz halına salsalar, göz önündən keçən informasiya barədə məlumatları verəcəksiniz.

Davamı →

İş masası

Evdə hər birimizin, yəqin ki, iş masamız var. Orada dərslərimizi hazırlayır, yazı yazır, şəkil çəkir və başqa işlərimizi yerinə yetiririk. Bu işləri görmək üçün masanın üzərində hazırda lazım olan, yaxud tez-tez istifadə etdiyimiz ləvazimatı yerləşdiririk. Masanın gözlərin də isə iş üçün lazımlı digər sənədlər və alətlər saxlanılır.
Nə üçün bütün sənədləri və alətləri masanın üzərində saxlamırsınız? Masanın gözlərin də onları hansı qaydada yerləş dirirsiniz?

Davamı →

Kompüter necə işləyir

Kompüter” dedikdə, ilk növbədə, masanın üzərinə qoyulan, yaxud çantada daşına bilən kompüterlər yada düşür. Ona görə ki, bu kompüterlərdən məktəblərdə, iş yerlərində və əksər evlərdə var. Ovuca yerləşən kompüterləri də başqalarında, yaxud televi zorda görmək olar.
Bəs bunlardan fərqli görünən kompüterlərə rast gəlmisinizmi? Kompüterin ölçüsünün böyüklüyü onun daha güclü olması deməkdirmi?
Davamı →

Kompüterin mərkəzi qurğusu – prosessor

Altıncı sinifdə kompüterin yaddaş qurğuları haqqında geniş məlumat verilib. Növbəti iki dərsdə giriş və çıxış qurğularından danışılacaq. İndi isə verilənlərin emalı zamanı istifadə olunan qurğuları gözdən keçirək.
Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb.

Davamı →

Fotoqrafiya və kompüter

Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Davamı →

Kompüterin əsas xarakteristikaları

Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.
Davamı →

Kompüterin sağlamlığımıza vurduğu 7 zərər

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...
 
1. Bel əyriliyi
Səbəb: Kompüter istifadəçilərin çoxu bədənin düzgün vəziyyətini nəzərə almır və masa arxasında düz oturmur.
Həlli yolu: Düz oturun və klaviaturaya tərəf əyilməyin. Əmin olun ki, stulun mərkəzi ilə oturursunuz. Kürəyin aşağı hissəsi stulun arxasına söykənməlidir, ayaqlar isə diz nahiyəsindən düz dayanmalıdır. Lazım gələrsə, yastıq istifadə edə bilərsiniz. Əgər ayaqlarınız döşəməyə dəymirsə, onda altına kətil qoyun. 
Davamı →

Kompüter görmə sindromu nədir?

Bir yandan inkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışırıq, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur. Özəlliklə ofis işçilərinin və gənclərin kompüter arxasında çox vaxt keçirməsi göz sağlamlığı ilə bağlı problemlərə, Kompüter görmə sindromuna yol açır. Kompüter görmə sindromu (KGS) adlandırılan bu problem kompüter və ya televizor ekranına fasiləsiz baxarkən gözlərdə diqqəti təmin edən əzələlərin yorulması ilə yaranır.

Davamı →

Kaktusun bilmədiyimiz faydaları

Kaktusun faydalarıKompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından cox önəmli bir qidadır. Kaktus tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı?
 
Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir.
 
 
Xolesterolu aşağı salır
 
Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.
 
 
Şəkər xəstəliyinə faydalıdır
 
Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.
 
 
Kaktus yarpağı xərçənglə mübarizə aparır
 
Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.
 
 
Həzmi dəstəkləyir
 
Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.
 
 
Arıqladır
 
Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.
 
 
Beyin hüceyrələrini qoruyur
 
Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir.
 
 
İltihabı azaldır
 
Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. “Kuersetin” adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.
 
 
Kaktus necə yeyilir?
 
Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar. 
 
Mənbə: aile.lent.az
Davamı →

Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri

Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.

  • İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
  • Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
  • B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində  – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).

Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.

Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.


Ardı →