Kondisioner haqqda bilmədiklərimiz

İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir.Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.
İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir. Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.Mütəmaddi qulluq kondisionerin istismar müddətini uzadan amillərdən ən vacibidir.

Davamı →

Ucuz qiymətə keyfiyyətli kondisionerə sahib olmaq üçün

Müasir dünyada kondisionerlər evimizin, iş yerlərimizin, maşınımızın ayrılmaz elektrik cihazına çevirilib. Xüsusəndə yay aylarının gəlməsi ilə biz kondisionerə olan təlabatı daha çox hiss edirik. Hər nə qədər pəncərə açsaqda ventilyator qoşsaqda kömək etmir.
Yeganə və ağıllı çıxış yolu kondisioner almaqdır. Şəhərimizdə kondisioner satışı ilə məşğul olan çoxlu elektronika mağazaları və internet mağazaları var ki, bunlarında hər birində fərqli qiymətə və özəlliklərə malik kondisionerlər satılır. Bes bizə uyğun kondisioneri necə seçək? Bu günki məqaləmizdə bu suala ətraflı cavab verməyə çalışacayıq.

Davamı →

İnverter split kondisioner sistemi nədir?

Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə bir kompressor, freon sistem filteri, freonu sərinləвən  kondensator,  ventilyator və idarəetmə platası mövcüddur.
Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə kompressor, freon sistem filteri, freonu sərinlədən  kondensator, ventilyator və idarəetmə platası mövcüddur. İç hissədə havanı soyudan buxarlandırıcı, ventilyator, üfüqi və şaquli pərdələr, filter və kondensat altlıqı var.

Davamı →

Maşındakı kondisionerdən düzgün istifadə qaydaları

İsti havada avtomobildə kondisionerin olması komfortun əsas şərtidir.
Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.
Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 dərəcədən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.
Davamı →

Kondisionerlərdən ətraf mühitə yayılan mikroorqanizmlər

Yay aylarında tez-tez istifadə etdiyimiz kondisionerlər orqanizmi zəif olan insanlarda sətəlcəm kimi xəstəliklərə səbəb olur.
Tənəffüs orqanı xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Metintaşın, müsahibəsində bildirmiş ki, xüsusilə yay aylarında sərinləmək istəyən sürücülər yüksək temperaturda  kondisionerlərdən istifadə edərkən ehtiyyatlı olmalı və  soyuqlama-cərəyanında çox qalmamalıdırlar.

Prof. Dr. Metintaş, bu vəziyyətin soyuqlama sonrası sinusitə səbəb olacağını da bildirib. Yaxşı təmizlənməmiş kondisionerlərdə ətraf mühitə yayılan xlamidya, mikoplaza kimi mikroorqanizmlər «atipik sətəlcəm» adı verilən bir xəstəliyə səbəb olur. Bu xəstəliyin isə insanlarda ishal, ürək bulanması, qarın ağrısı, oynaq ağrısı kimi hallar yaratdığı bildirilir. Xəstələrdə 5-6 gündən sonra  öskürək, tənəffüs çətinliyi kimi narahatlıqlar da olur. Bu baxımdan kondisionerlər nizamlı olaraq təmizlənməli və normal temperaturda istifadə edilməlidir.


Davamı →