Konfusizm
1. Konfutsinin həyatı
Eradan əvvəl təxminən 551-ci ildə Çinin Lu əyalətində Tsuvun hakimi olan Kunq ailəsində Çiu adlı oğlan dünyaya gəldi. O, hələ üç yaşında atasını itirdi və həmin hakim nə yoldaşı, nə də övladı üçün heç bir miras qoymadan bu dünyadan köçdü. Uşaq öz anasının yanın- da böyüməyə başladı. Müəllimlər uşaqda olan zəkaya heyran olmuş- dular və onu parlaq gələcəyin gözləyəcəyini proqnoz verirdilər. Hələ on doqquz yaşında olanda baş vəzir həmin bölgənin əkin sahələrinin idarəsini ona tapşırır. O, belə yüksək dövlət vəzifəsində işləməklə ya- naşı incəsənət sahəsindəki mütaliələrini və təhsilini davam etdirdi və bir çox alimlər elm almaq üçün onun yanına gəlirdilər. Xalq onu Konq Futze (Kung-Futze), yəni Filosof Konq çağırırdı və biz bu sözü Konfutsi kimi tələffüz edirik.Davamı →