Müasir mədəni mühit və bədii təhsilin inkişafı

Müasir mədəni mühiti Azərbaycan mədəniyyəti konteksində təhlilini aparanda əlbəttə, bir sıra problemlərlə biz rastlaşırıq.İlk öncə bilək “Mədəni mühit” anlayışı nədir? Və müasir mədəni mühitin əsas problemləri və qarşıya qoyulan məqsədlərə necə çatmaq olar? “Mədəni mühit” özundə cəmiyyətin mədəni, mənəvi hadisələrini ehtiva edir.


Ardı →

Kulturoloq

Kulturologiya — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini
Ardı →

Mədəniyyəti idarə etmək mümkündürmü?

Mədəniyyətlə dövlətin birgə mövcud olduğu uzun əsrlər boyu bu sual nəinki öz aktuallığını itirməmiş, inkişaf etməkdə olan vətəndaş cəmiyyəti şəraitində həm də yeni məna kəsb etmişdir. Bu gün mədəniyyətin komanda-inzibatçılıq metodundan imtina edilməklə idarə olunması, bu sahənin hüquqi və maliyyə təminatının həyata keçirilməsi, onun strateji inkişaf xəttinin işlənib hazırlanması ilə bağlıdır. Azərbaycanda bu funksiyalar çox səviyyəli sistem vasitəsilə həyata keçirilir. Həmin sistemə aşağıdakılar daxildir:
Ardı →

Azərbaycan mədəniyyətinin rəngarəngliyi

Müasir Azərbaycanın digər, heç də az mühüm olmayan bir gerçəkliyi də əhalisinin çoxmillətli və yarıkonfessional olmasıdır. Təkcə Bakı şəhərində iyirmidən çox – rus, Ukrayna, kürd, lak, ləzgi, slavyan, tat, tatar, gürcü, inqloy, talış, avar, axıska türkləri, Avropa yəhudiləri, dağ yəhudiləri, gürcü yəhudiləri, alman, yunan və s. xalqların müxtəlif mədəniyyət cəmiyyəti fəaliyyət göstərir.
Ardı →

Etik mədəniyyət

Etik mədəniyyət şüur və bilik, məvcud olanlar haqda təsəvvürlər, dəyərlər sistemi, əxlaqi davranış və münasibətlər,eləcə də insanların mənəvi həyat və fəaliyyətinin birliyidir. O, insan və cəmiyyətin ruhi inkişafdakı keyfiyyət və nailiyyətlərinin səviyyəsidir. Etik mədəniyyətin əsasını insanların maraq, tələbat, bilik və xarakterdən ibarət dəyərlər sistemi təşkil edir. Cəmiyyətin etik mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir. İctimai şüur forması olan etik mədəniyyət insanların irsi keyfiyyət və tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.
Ardı →

Estetika

Estetika — hisslər haqqında elm deməkdir. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumharten işlətmişdir.

Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir.


Estetika anlayışı olur;


1.İnsanda


2.Gözəllikda


3.Mədəniyyətdə


4.Cəmiyyətdə


5.Təbiətdə


Davamı →

Mədəniyyət nədir?

Mədəniyyət tarixinin mərhələləri
Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:

  • İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
  • Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
  • Orta əsrlər ( V—XIV əsr.);
  • İntibah Dövrü ( XIV—XVI əsr.);
  • Yeni Dövr ( XVI ax.—XIX əsr.);
  • Ən Yeni Dövr ( XIX ax. — hazırkı dövr ).

Ardı →

Etika

Etika (yunanca: ἠθικόν, qədim yunan dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq «etikanı» tərcümə edərək öz dövründə «fəlsəfə mənəviyyatı» anlayışını daxil etmişdir.

Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəsəfə qrupuna daxil eidlirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və metafizika daxildir.

Fəsləfə fənninə ilk dəfə olaraq Aristotel Etika adı verilmişdir. Bununla o adətlərin, ənənələrin elmi yaranmasını nəzərdə tuturdu. Ancaq ona qədər artıq etika fəlsəfi düşünmənin tərkib hissinə çevrilmişdir. Bunun arxasında Sofisitlərin insan idrakının arxasında onların adət və ənənələri durması idi. Aristotel fikirləşirdi ki, insan praktikası əsaslı və nəzəri cəhətdən mövcud olan əksetdirməyə yol tapa bilər. Bu baximdan etika insanın materiya ilə davranışı, bu materiyanın fəlsəfi üsullarla işləyən normativlər əsasında qiymətləndirilmıəsi və bunun əsasında əldə edilən biliklər əsasında praktikada tətbiqini fadə edir
Etikanın fəlsəfi sualı

Fəlsəfə fənni olan etika belə bir suala cavab axtarır ki, «Mən bu situasiyada necə davranmalıyam?» Bu sualın klassik ifadəsini Kant vermişdir: «Mən nə etməliyəm?».

Onun nəticəsi tətbiqi xarakterli etik normalardan ibarətdir. Bu normalar əsasən müəyyən şərtlər müəyyən hərkətlərə ya icazə verir, ya qadağan edir ya da təklif edir.

Davamı →

"Dünyanın kulturoloji dərkinə ehtiyac var"-Aydın xan Əbilov

Azərbaycanda son iki ildə kulturologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakıda kulturoloqların beynəlxalq konfransından sonra hər ay müxtəlif seminarlar keçirilir, kulturoloqlar bir araya gəlib müzakirələrə qoşulurlar. Amma bütün bunlar ölkəmizdə kulturologiyanın inkişafına, səviyyəsinə o qədər də təsir etmir. Bu gün Azərbaycan kulturologiyasında problemlər qalmaqdadı. Bu və digər məsələlərlə bağlı Yeni Yazarlar və Sənətçilər Qrumunun sədri, kulturoloq Aydın Xan Əbilov danışdı.
Ardı →