Mədəniyyət nədir?

Mədəniyyət tarixinin mərhələləri
Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:

  • İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
  • Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
  • Orta əsrlər ( V—XIV əsr.);
  • İntibah Dövrü ( XIV—XVI əsr.);
  • Yeni Dövr ( XVI ax.—XIX əsr.);
  • Ən Yeni Dövr ( XIX ax. — hazırkı dövr ).

Ardı →

Etika

Etika (yunanca: ἠθικόν, qədim yunan dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq «etikanı» tərcümə edərək öz dövründə «fəlsəfə mənəviyyatı» anlayışını daxil etmişdir.

Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəsəfə qrupuna daxil eidlirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və metafizika daxildir.

Fəsləfə fənninə ilk dəfə olaraq Aristotel Etika adı verilmişdir. Bununla o adətlərin, ənənələrin elmi yaranmasını nəzərdə tuturdu. Ancaq ona qədər artıq etika fəlsəfi düşünmənin tərkib hissinə çevrilmişdir. Bunun arxasında Sofisitlərin insan idrakının arxasında onların adət və ənənələri durması idi. Aristotel fikirləşirdi ki, insan praktikası əsaslı və nəzəri cəhətdən mövcud olan əksetdirməyə yol tapa bilər. Bu baximdan etika insanın materiya ilə davranışı, bu materiyanın fəlsəfi üsullarla işləyən normativlər əsasında qiymətləndirilmıəsi və bunun əsasında əldə edilən biliklər əsasında praktikada tətbiqini fadə edir
Etikanın fəlsəfi sualı

Fəlsəfə fənni olan etika belə bir suala cavab axtarır ki, «Mən bu situasiyada necə davranmalıyam?» Bu sualın klassik ifadəsini Kant vermişdir: «Mən nə etməliyəm?».

Onun nəticəsi tətbiqi xarakterli etik normalardan ibarətdir. Bu normalar əsasən müəyyən şərtlər müəyyən hərkətlərə ya icazə verir, ya qadağan edir ya da təklif edir.

Davamı →

"Dünyanın kulturoloji dərkinə ehtiyac var"-Aydın xan Əbilov

Azərbaycanda son iki ildə kulturologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakıda kulturoloqların beynəlxalq konfransından sonra hər ay müxtəlif seminarlar keçirilir, kulturoloqlar bir araya gəlib müzakirələrə qoşulurlar. Amma bütün bunlar ölkəmizdə kulturologiyanın inkişafına, səviyyəsinə o qədər də təsir etmir. Bu gün Azərbaycan kulturologiyasında problemlər qalmaqdadı. Bu və digər məsələlərlə bağlı Yeni Yazarlar və Sənətçilər Qrumunun sədri, kulturoloq Aydın Xan Əbilov danışdı.
Ardı →

Kulturologiya elmi cəmiyyətə lazımdırmı?

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
H.Əliyev

Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Ardı →

Kulturologiya elm kimi

Kulturologiya — insanın və bəşəriyyətin  yaradıcı həyatı və fəaliyyəti haqqında  elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlıarını  aşkarlayır. O, idakın  elə bir çoxpilləli piramidasıdır ki,  onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə titələndikcə,  bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır.
Ardı →

Kulturologiyanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi

Tarixən bütün elmlər fəlsəfədə cəmləşmişlər. Zaman keçdikcə elmlər fəlsəfədən ayrılmaga başlamışlar və cəmiyyət həyatında müstəqillik əldə etməyə başlamışlar. Fəlsəfənin atası hesab olunan Pifaqor e. ə. 6-cı əsrdə fəlsəfə terminini meydana gətirərkən bu cəmiyyət haqqında insan və şəxsiyyət haqqında uzaqgörən bir fikirlər irəli sürürdü. Bu fikirlər sonradan cəmiyyəti öyrənən elmlərin formalaşmasında müstəsna rol oynamışdır. Bu elmlərdən antropologiya, sosiologiya, etnoqrafiya, kulturologiya və s. qeyd etmək olar.
Məhz fəlsəfədən yaranan, sonradan cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ən vacibli elmlərdən biri də kulturologiya olmuşdur.
Ardı →

Qədim dövrün kulturoloji fikir tarixi

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir. İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini tapmışdır.


Ardı →

Kulturologiya və mentalitet

Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində «əql, düşüncə tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, — desək, yanılmarıq.
Ardı →

Kütləvi xalq bayramlarının tarixi kökləri

Kütləvi xalq bayramlarının tarixi köku antik dövrdən başlayır. Antik dövrün kütləvi xalq bayramlarında dini-hissi obrazlara əsaslanmalar xüsusi yer tutmuşdur. Bu, onunla bağlıdır ki, həmin dövrdə çox tanrılıq geniş yayılmış və xalq bu tanrıların hər biri haqqında xüsusi miflər yaratmışdır. Kütləvi bayramların da əsas süjet xətti bu miflərdən götürülmüşdür. Miflər icra olunan adət-ənənə, mərasim və bayramlara dramatiklik gətirmiş, onların emosional mühitini daha da obrazlaşdırmışdır. Hətta dəfn mərasimləri də fleytanın və həzin ninnilərin, yəni ağıların müşayiətilə keçirilmişdir.


Ardı →