Kulturologiya – insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlarını aşkarlayır. O, idrakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə yiyələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır
Kulturologiyanın yeri və predmeti haqqında hətta XXI əsrin əvvəllərində də vahid fikir formalaşmamışdır. Əsasən iki –təcrid etmə və inteqrativ mövqelər geniş yayılmışdır. I mövqeyə görə kulturologiyanın özünün ,yəni başqa elmlərin heç birinə bənzəməyən baxışı vardır.II mövqeyə görə isə əksinə, kulturologiya mədəniyyət haqqında sosial və humanitar biliklərin sintezidir.
Ardı →