Vonnequtdan gələcəyə məktub

“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında  yazıçı Kurt Vonnequt da vardı.

Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır:

“Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız?

Bu əsrdən sizə, ya da əslində istənilən birinə verə biləcəyim ən yaxşı məsləhət içkiyə tövbə edən əyyaşın etdiyi dua olacaq: “Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün dinclik, dəyişdirə biləcəyim üçün cəsarət və aradakı fərqi anlamaq üçün ağıl ver”.

Vonnequt gələcəyə ötən əsrin təbiətindən də danışmağı unutmayıb: “Məni ən çox təəccübləndirən Təbiətin heç də təbiətsevər olmamağı idi. Planetimizi yerlə bir edəndə də, fərqli də olsa hər şeyi yenidən yerinə qaytaranda da bizim köməyimizə ehtiyacı yox idi və biz canlılar onun bunları edəndə heç nəyi inkişaf etdirmədiyini, ancaq dəyişdiyini görürdük.

İldırımla çəmənlərə od vururdu, əkinə yararlı torpaqlara lavalar yağdırırdı. Hələ buz parçalarını Cənub Qütbündən qoparıb Asiyaya, Avropaya, Cənubi Amerikaya sürükləyir arada. Təbiətin bir gün bunlardan əl çəkəcəyini düşünmək üçün heç bir səbəb yoxdur.


Ardı →

Kurt Vonnequt

Amerikalı yazıçı Kurt Vonnequt:Kurt Vonnegut
Vyetnamdakı müharibə milyonçuları milyarder etdi, İraqdakı müharibə isə milyarderləri trilyonçu edəcək. Mən bunu inkişaf adlandırıram...

Hamı pis kitab yazır, mən niyə yaza bilmərəm ki?...
Atam və babam memar olub. İndianapolisdənik. Ancaq atam memarlıqdan başqa istənilən sənəti seçməyimi tapşırmışdı.
Evin kiçik övladları həmişə zarafatcıl olurlar. Süfrə arxasında özünə cəlb etməyin ən yaxşı yolu zarafat etməkdir.

Bacımın özünəməxsus yumor hissi var idi – kimsə yıxılanda sevincinin həddi-hüdudu olmurdu. Bir dəfə o, maşından çıxan qadının ayağı dolaşaraq yerə çırpıldığını görmüşdü. Bu hadisədən sonra bacım hələ bir neçə həftə güldü.

Böyük depressiyadan sonra ailəmiz bütün var-yoxunu itirdi, anam dəbli jurnallar üçün yazmağa başladı. Ədəbiyyat kurslarına getdi. O, təkcə oxumaqla kifayətlənmirdi, o, bütün jurnalları öyrənməyə başladı – oyunçular at yarışlarının nəticələrini izlədikləri tək.

Oğullar, adətən, analarının həyata keçmədiyi arzuları reallaşdırmağa çalışırlar.
Mənim ədəbi təhsilim yoxdur. Universitetdə kimyanı, daha sonra antropologiyanı oxumuşam. Bleykə aşiq olduğum vaxt otuz beş yaşım vardı, qırx yaşımda “Madam Bovari”ni oxudum. Tam təsadüf nəticəsində, mən Tomas Vulfun “Öz evinə nəzər yetir, mələyim” kitabını oxudum. Əslində, bu kitabı on səkkiz yaşımda oxumalı idim.
Ardı →

Yazıçının arvadı ilə imzaladığı unikal razılaşma

Kurt VonnequtAmerikan yazıçı Kurt Vonnequt 16 aylıq evli olduğu hamilə arvadı ilə 1947-ci ildə bir razılaşma imzalayıb. Razılaşma, uşaq doğulana və arvadının əvvəlki gücünü bərpa edənə qədər Vonnequtun öhdəliklərindən ibarətdir.

Yazıçının “Kurt Vonnequt: Məktublar” adlı kitabında nəşr olunmuş sözügedən razılaşma:

“Mən – Kurt Vonnequt aşağıdakı öhdəlikləri yerinə yetirəcəyimə söz verirəm:

1)  Razılaşmaya görə, arvadım bundan sonra deyinməyəcək, sözümü kəsməyəcək, işləyəndə məni narahat etməyəcək, mən də bunun qarşılığında həftədə bir dəfə öz seçdiyim gün və saatda mətbəxin, hamamın döşəməsini silməyə söz verirəm.

 Bundan başqa, işimi axıracan və nöqsansız edəcəyəm, vannanın altını,  unitazın arxasını, soyuducunun altını, küncləri, yerindən qaldırıla bilən əşyaların altını yaxşıca siləcəyəm, işimə başdansovdu yanaşmayacağam.  Təmizlik nə qədər çətin də olsa, söyüş söyməyəcəyəm. Əgər bunları yerinə yetirməsəm, arvadım deyinməkdə, sözümü kəsməkdə, təmizlik edilməyənə qədər məni narahat etməkdə sərbəstdir.


Ardı →

Gülümsəyin, indi quş çıxacaq! | Kurt Vonnequt

Kurt VonnequtGecələrin birində barda oturub, zəhləm getmiş adam haqqında boşboğazlıq edirdim. Saqqallı bir kişi gəlib yanımda oturdu.

— Bəlkə onu öldürüb, bu işə biryolluq son qoyasınız? – o, dostcasına soruşdu.
— Bu haqda düşünmüşəm, – mən cavab verdim. – Niyə də öldürməyim?!

— Gəlin sizə sağlam mühakimə yürütməkdə yardımçı olum, – o, təklif etdi. Sinədən çıxan səsi, yekə burnu vardı. Qara yun kostyum geyinmişdi. Boğazına qara incə qalstuk bağlamışdı. Ağızdan pərtöv adam idi. – Siz hadisəyə nifrət nöqteyi-nəzərindən baxırsınız, – o, davam edirdi. – Sizin, işinizi planlaşdıra biləcək, elektrik stuluna gözlənilməz səyahətdən qurtara biləcək müdrik mütəxəssisin soyuqqanlılığına və xidmətinə ehtiyacınız var.
Ardı →