Lamborghini Urus - Dünyanın ən sürətli yolsuzluq avtomobili

 Dizayn, istismar keyfiyyətləri, hərəkət dinamikası və həyəcanverici hərəkəti ilə “Lamborghini” genlərinin layiqli daşıyıcısıdır.
  • Fərqli mühitlərdə gündəlik səfərlər üçün münasibdir
  • Ən yüksək istismar keyfiyyətlərinə nail olmaq üçün 650 a.g.-nə və 850 Nm fırlanma anına malik 4,0 litr həcmli V8 ikili turbo mühərrik
  • 3,6 saniyədə 100 km/saat sürət yığma və ən yüksək sürət — 305 km/saat
  • Fırlanma anının aktiv paylanması imkanına malik tam ötürücü sistem (4WD) və komfortlu idarəetmə üçün dördoxlu sükan çarxı

Davamı →

Lamborghini

Lamborghini şirkəti Audi-ə məxsusdur, sonuncu isə öz növbəsində Volkswagen AG konserninin bölməsidir. Lamborghini şirkəti 350 km/saatadək sürətlə hərəkət etməyə qadir olan super-avtomobillər istehsal edir.
İtaliyada traktor istehsalçısı kimi tanınan Lamborghini şirkəti 1963-cü ilin oktyabrında Turin avtosalonunda özünün ilk idmansayağı avtomobilini – Lamborghini 350 GT-ni təqdim etdi. Bu, 347 at gücünə malik 3,5 litr həcmli V12 mühərriki quraşdırılmış klassik tərtibatlı ikiyerlik kupe modeli idi. Avtomobilin maksimal sürəti 280 km/saata çatırdı, saatda 100 kilometr sürət yığmağa isə cəmi 6,7 saniyə tələb olunurdu. Bununla şirkətin sahibi Ferruçio Lamborgini sübut etdi ki, Enso Ferrarinin avtomobillərindən heç də geri qalmayan idmansayağı avtomobillər düzəldə bilər (yeri gəlmişkən, Enso Ferrari bir dəfə demişdi ki, Lamborgini onun avtomobilləri kimi sürətli avtomobillər hazırlaya bilməz və bununla da Lamborginini narazı salmışdı).
Ardı →