Lanqustin

Lanqustin xarici görünüşünə görə lanqusta və omar xərçənginə çox bənzəyir. O çoxayaqlı xərçəngkimilər sinfinə aiddir. Bu dəniz heyvanı narıncı rəngə sahib olur. Onların uzunluqları 15-25 sm ölçüdə, bədənləri dairəvi formada olur. Lanqustinlərin on ayağı və nazik bığcıqları olur. Lanqustinlərə Atlantik okeanı, Aralıq və Şimal dənizlərinin sularında daha çox rast gəlinir.

Onlar suyun 45-250 metr dərinliklərində yaşayır, özlərinə sığınacaq tapır və oradan yalnız gecələr çıxırlar. Lanqustinın ətli hissəsi onun quyruğudur, buna görə də qida vasitəsi kimi onun quyruğundan istifadə edirlir.
Davamı →