V.İ.Leninin S.Şaumyana məktubu

6 dekabr 1913

Əziz Yoldaş,
Noyabrın 15-inə olan məktubunuz məni sevindirdi. Yəqin ki, mənim vəziyyətimdəki biri Rusiyadakı yoldaşların fikirlərini, xüsusilə də mövzu haqqında fikirləşib əziyyət çəkən şəxslərin fikirlərini necə dəyərləndirdiyimi bilirsiniz. Buna görə də sizin erkən cavabınızı görməyə sevindim. İnsan özünü belə məktublar alanda yalnız hiss etmir. Nə isə, bu qədər poeziya bəsdir, keçək işə.

1. Siz Rusiyada bir dövlət dilinin tərəfdarısınız. Deyirsiniz ki, “vacibdir, böyük proqressiv əhəmiyyət daşıyır”. Mən razı deyiləm. Bu haqda Pravdada çox öncələr yazmışam və indiyəcən etiraz edən kimsə olmayıb.
Davamı →

Vladimir Lenin

«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin

«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları — hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi».
U. Çörçill
Davamı →