Lerik uzunömürlüsü.Şirəli Müslümov

Şirəli Müslümov — Dünyanın ən uzunömürlü sakinlərindən biri.

Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.


Ardı →

Rvarud Kəndin Mədəniyyəti

Lerik rayonun inzibati mərkəzlərdən biri Rvarud kəndidir.Kəndlə rayon arasında məsafə təxminən 17 km-dir. Lerik rayonu özu bir neçə mahala bölunur ki, onlardan biri  də Pirandır.(Müəllif:A.Bəhmənov) Piran talış dilindədir, sözun etimoloji mənası  2 hissədən ibarətdir: pir və an. Mənası «türbələr» deməkdir. Pir-talışcadır azərbaycanca türbə an-talış dilində cəm şəkilçisidir azərbaycanca tərcümədə türbələr kimi tərcümə olunur.Mahalın Piran adlanmasının səbəbi burada olan olan çoxlu müqəddəs pirlərin olması ilə əlaqədərdir.

Lerikin Piran mahalın ən gözəl abad kəndlərindən biri də Rvarud (talışca-Rvaru) kəndidir.Rvarud sözunun etimoloji mənası ilə mənbələrdə çoxlu versiyalar vardır.Onlardan ağılabatan bir neçə versiyanı qeyd etməyimizi məqsədəuyğun hesab edirik.
Ardı →

Lerik

Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (2492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Azərbaycanın füsünkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız- hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən meşələri ulu keçmişdən qalan yadigarlardır.Bir sözlə bu diyar əsirlərin yaddaş kitabıdır.


Ardı →

Rvarud dövlət təbiət qoruğu

Azərbaycan Respublikası ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 oktyabr 2009-cu il tarixli, 162 nömrəli Qərarına əsasən yaradılmışdır.
Ardı →

Lerikin maddi-mədəniyyət abidələri

Lerikin Pirasora kəndindən (Pirlər ocağı) üzüyuxarı qalxırıq. Qarşımızda geniş meydan açılır. Bu yaylaq yeri xeyli ərazini əhatə edir. Yol yoldaşım Oqtay Abbasov (pedaqoq-alimdir) bizi gəzdirən «UAZ»ın sürücüsündən nəsə soruşur. Sürücü dərhal peşəkarcasına cavab verir: «Biz Azərbaycan-İran sərhədinin həndəvərindəyik. Bura dəniz səviyyəsindən təxminən iki min iki yüz metr hündürlükdədir. Bu çəmənliklər, göz işlədikcə uzanan çöllər dədə-babalarımızın tarixi yaylaq yerləridir. Onlar at oynadıb, qılınc çalıblar, yadelliləri kəndlərə, elatlara soxulmağa qoymayıblar».


Ardı →

Rvarud Kəndi

Rvarudkəndi –Lerik rayonun mərkəzindən təqribən 17 km aralıqda yerləşir. Rvarud əsasən dağlıq və qisəm də düzənlik relyefdənibarətdir. Kəndin ortasından çay axır, və onu 2 hissəyə ayrır.Ərazisində Biləband, Cəngəsə, Hıryəsə, Səhal adlı təpə və dağlar mövcuddur. Həmiçinin kəndin ərazisində 3 suni yaradılmış göl mövcuddur.Bu göllər vasitəsi ilə (daha doğrusu gölun suyu ilə) kənd təsərrüfatı məhsulların suvarılmasında istifadə olunur. Rvarud kəndin ərazisində şirin su mənbələri olan təbii bulaqları ilə zəngindir. Bu bulaqlardan içməli sudan əlavə bir çox xəstəliklərin müalicəsində istifadə olunur.


Ardı →