Xoşbəxt həyatın sirri: Tolstoy dərsləri

Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub.
Lakin Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.

1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.
“Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, — yazırdı Tolstoy, — Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?

Davamı →

Tanrını axtarmağı vəsiyyət edən yazıçı

Dünya ədəbiyyatına şedevr əsərlər qazandıran görkəmli rus yazıçısı Lev Nikolayeviç Tolstoy zadəgan ailənin övladı kimi 9 sentyabr 1828-ci ildə Moskvada dünyaya gəlib. 

Nə təhsil, nə də iş həyatında uğur qazana bilməyən yazıçı ilk gənclik illərində içki və qadınlara olan marağı ilə bilinib. 23 yaşında ordu sıralarına daxil olan Tolstoy ədəbiyyatla da həmin vaxt tanış olub. Onun ədəbiyyata gəlməsində Aleksandr Puşkin, İvan Turgenev, Çarlz Dikkens kimi yazıçıların böyük təsiri olub. İlk romanlarını pul və şöhrət üçün yazıb.

Sonralar varlı bir ailənin qızına aşiq olsa da bu sevgi macərası çox uzun çəkməyib. Məhşurluğuna haqqında daima xoş sözlər deyilməsinə baxmayaraq Tolstoy xoşbəxt deyildi. Qurtuluşu ailə həyatında görən yazıçı evlənmək qərarına gəlir.
Davamı →

Turgenev və Tolstoyun 17 il küsülü qalmalarının səbəbi

1861-ci ilin yazında “Atalar və oğullar” əsərini yazıb bitirən İvan Turgenev əsərinin ilk əlyazmasını oxuyub fikrini bildirmək üçün yaxın dostu Lev Tolstoya aparır. Tolstoyun yaşadığı malikanəyə gedən Turgenev əlyazmaları onun masasının üzərinə qoyub çıxır. Aradan bir müddət keçdikdən sonra otağa qayıdan yazıçı Tolstoyun yatdığını görür. O, bu məqamdan incik düşsə də, üzə vurmayıb evdən gedir.

Ertəsi gün Tolstoy və Turgenev şair Afanasi Fetin evində hazırlanan qonaqlığa gedirlər. Çay süfrəsi arxasında əyləşib söhbət etdikləri zaman Turgenev qızının ingilis dili müəlliməsini tərifləməyə başlayır. Müəllimənin onun qızına xeyirxahlıq təlqin etdiyini, ondan bəlli miqdarda pul ilə kasıblara yardım etmək istəməsini deyir. Daha sonra o, hətta müəllimənin Turgenevin qızından yoxsul insanların cırıq, köhnə paltarlarını tikməsini, yamamasını da xahiş etdiyini açıqlayır.
Davamı →

Tolstoydan məsləhətlər

Tolstoy 1828-ci ildə böyük torpaq sahibi, əsilzadə bir ailənin övladı olaraq doğulub. Uşaq yaşlarında ata-anası öldüyü üçün onun tərbiyəsi ilə qohumları məşğul olub. 16 yaşında Rusiyadakı Kazan Universitetinə daxil olub, amma bir müddət sonra buradakı rəsmiyyət, sərt təlimatlarla ayaqlaşmadığı üçün universitetdən qovulub.

Bir yandan ona qalan torpaqları idarə edərkən, bir tərəfdən şəxsi inkişafı ilə məşğul olmağa başlayıb. Bu inkişaf prosesində saysız-hesabsız kitab oxuyan Tolstoy bəzi yazarların öz həyatlarını, bəzilərinin yaratdıqları qəhrəmanları örnək alaraq «tərbiyələnib”. Tolstoyun özünüinkişafdan keçmək istəyənlər üçün məsləhət gördüyü yazarları təqdim edirik.
Davamı →

Lev Nikolayeviç Tolstoy

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.
Davamı →

Gözləməyi bilənlərə hər şey gələcək

“Sən yalanların içində yaşayırsan, mən isə həqiqətlərin” — Bir insanın digərinə deyə biləcəyi ən amansız sözdür bu.

Xoşbəxtliyi və həqiqəti axtarın, qalan hər şey sizə bəxş olunacaqdır. Lakin insan qalan şeyləri axtarır daima…

Şikayətləndiyiniz həyat bəlkə də başqası üçün xəyaldır.

Hamı insanlığı dəyişmək istəyir, ancaq heç kim özünü dəyişmək haqqında düşünmür.

Güclü insanlar həmişə sadədir.

Sevgisiz yaşamaq asandır, ancaq mənasızdı.

Böyük həqiqətlər ən sadə olanlardır.
Davamı →

Lev Tolstoy və Sofya Bers

  • Sevgi
Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar — yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir.

Onun 18 yaşı vardı, Tolstoyun isə 34. Məşhur yazıçı ideal axtarırdı. Sofya Bers isə aşiq idi, gənc idi. Onların sevgisi heç bir kitaba sığmır. Rusiya tarixində ən çox müzakirə edilən ailə həyatı bəlkə də elə Lev Nikoloyeviç Tolstoy və xanımı Sofya Andreyevnanın həyatıdır. Onlar haqqında o qədər şaiyələr gəzirdi ki...

Ailələrinin ən gizli sirləri belə müzakirə edilirdi. Həmçinin bəlkə də Sofya qədər tənqid edilən ikinci qadın da olmayıb. Onu dahi ərinə pis baxmaqda, yaxşı həyat yoldaşı olmamaqda qınayırdılar. Amma o, bütün həyatını yazıçıya həsr etmişdi. Özü yaşamaq istədiyi kimi deyil, Lev Nikolayeviçin arzu etdiyi kimi yaşamışdı.
Davamı →

"Hərb və Sülh" romanı haqqında 10 fakt

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır. “Hərb və Sülh” romanın ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy «Hərb və Sülh»ün qaralamasını yazarkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış. Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.
Davamı →

Ən böyük həqiqətlər – ən sadə şeylərdir

Hakimiyyət öz gücünü xalqın savadsızlığından alır, özü də bunu bilir, odur ki, həmişə maarifçiliklə mübarizə aparacaq.

Hamı insanlığı dəyişdirmək haqqında düşünür, heç kəs özünü dəyişdirmək haqda düşünmür.

Yaxşı şeylər gözləməyi bacaran adama gəlir.

Güclü insanlar həmişə sadə olurlar.

Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda bütün küçə təmiz olar.

Hamıya elə gəlir ki, bizi yaxşı olduğumuzdan sevirlər. Heç ağlımıza gəlmir ki, bizi yaxşı olduqlarına görə sevirlər.

Sevgisiz yaşamaq daha asan olardı. Amma nə mənası olardı o həyatın?!
Davamı →

Əcaib varlıq | Tolstoy

Yer üzündə başqalarından seçilib ayrılan çoxsaylı bir varlıq yaşayır. O, torpağın yetirdiyi məhsullarla dolanır, ancaq bu varlıqlar öz yeyəcəklərini çətinliklə əldə eləməyə yönəlik olduqlarından əllərində olan torpağı anlaşılmaz bir şəkildə bölüşüdürürlər, ona görə də, məhsul yetirən bu torpaqların yiyələri işləməyənlər olur, torpaqda işləyənlər isə ondan istədikləri kimi yararlana bilmir, onların neçə-neçə nəsilləri aclıqdan qırılırlar.

Bundan başqa da, bu varlıqlar öz aralarından bir ailəni, ya da bir neçə ailəni seçib ayırırlar, sonra isə onlara bir kölə kimi boyun əyməkdən ötəri özlərinin ağıllarından və iradələrindən əl çəkir, bu seçdikləri varlıqların onların başlarına açdığı bütün alçaq oyunlara dözməyə başlayırlar. Onların seçdikləri isə bu varlıqların içində ən pisləri və kütbeyinləri olur. Ancaq onları seçən və boyun əyən varlıqlar bu seçilmişləri bəyənir, onların adını öyüb göylərə qaldırırlar. Bu varlıqlar biri-birinin anlamadığı ayrı-ayrı dillərdə danışırlar. Ancaq onlar öz aralarında anlaşılmazlıq və ayrı-seçkilik yaradan bu səbəbi aradan qaldırmaq yerinə, hər biri ayrı-ayrı dillərdə danışan topluqlara bölünürlər, sonra bu topluqlardan dövlət adlanan birliklər yaradır və bu yaratdıqları birlikləri qoruyub saxlamaq üçün özlərinə bənzər varlıqlardan minlərlə sayda öldürür, biri-birini çapıb-talayır, aclığa və yoxsulluğa sürükləyirlər. Biri-birini daha yaxşı əzişdirə və öldürə bilmək üçün bu varlıqlar xüsusi olaraq eyni cür, çox vaxt da bər-bəzəkli paltarlar geyinir, biri-birini daha da çox öldürə bilmək üçün çoxlu vasitələr düşünüb tapırlar və birinin buyuruqlarına sözsüz boyun əyən çoxluğa başqalarını öldürməyin daha yaxşı üsullarını öyrədirlər.
Davamı →