Liv Ulman

Səhnədən “Persona”ya…
Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveç şəhərinə köçür. Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən “Roqaland” teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi “Persona” filminə dəvət edir. Həddindən artıq utancaq və sadə xasiyyətli Liv İnqmar Berqmanın bu təklifinə hədsiz şad olsa da çox həyəcanlanır.

Həmin vaxt Livin iyirmi beş Berqmanın isə qırx altı yaşı olur. “Persona” filminin çəkilişləri vaxtı onlar bir-birlərinə aşiq olurlar. Liv daha gənc olduğundan hislərini daha tez biruzə verir. Xatirələrində hər səhər göz yaşları içərisində ayılıb çəkilişə getdiyini deyən Ulman rejissorun da ona biganə qalmadığını qeyd edir: “Çəkiliş arası fasilələrdə mən həmişə bir kənara çəkilib kitab oxuyurdum. Operatorla Berqman isə elə hey məşğul olurdular. Onlar kameradan uzqlaşmasalar da mən hərdən bir onlar tərəfə nəzər yetirəndə Berqmanın daima mənə tərəf baxdığını görürdüm. Bu isə mənim xoşuma gəlirdi.”
Davamı →