Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa

Mətbu orqanlarda belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu. Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım.

Davamı →

Möminat Qurbanova

Mominat QurbanovaHəmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu.

 Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım.  Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat  hamıdan ərköyün və çılğın uşaq idi. Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən düşüb özünə bir “düz-əməlli peşə” tapar.
Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində  “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindən düşmürdü. Cəlalın (Ənvər Həsənovun-red.) şəklini otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovun  evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat  institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl kinolara çəkilir.


Ardı →