Mövlana kimdir
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
— Mən elə bir adamam ki, bir desən, min deyərəm, bildinmi?
Mövlana gedib həmin adamın qarşısında dayanır və tam əminliklə belə deyir:
— Mən də elə bir adamam ki, min desən, bir cavab qaytarmaram, bildinmi?
Bu sözü deyəndən sonra Mövlana dönüb gedir və həmin adam heyrətindən qurumuş halda, dinib-danışmadan, gözdən itənəcən bu böyük könül insanının ardınca baxır.
Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi.
Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi. Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda.