Mövlanə Cəlaləddin Rumidən hikmətli sözlər və kəlamlar | Mövlana sözləri

Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...

Mövlana Cəlaləddin Rumi

 

    • Sevgi ağrısı daşımayan ürək ya dəliyə aiddir, ya da ölüyə.
    • Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
    • Dərd daima insana yol göstərər.
    • Ürək dəniz, dilsə sahildir. Dənizdə nə varsa, sahilə vurur.
    • Yaxşını axtar, gözəli axtar, doğrunu axtar. Amma qüsuru axtarma.
    • Çətindir deyirsən, çətin olacaq ki, imtahan olsun.


Davamı →

Mövlana kimdir

Dünyanı özünə valeh etmiş Mövlana! Əslində haqqında cild-cild kitablar yazılıb. Hədəf və ideyaları mütəfəkkirləri uzaq üfüqlərə aparmış, amma yenə də fəth edilməmiş qütb ulduzu kimi parlamaqdadır. İlahi eşq fədaisi olan Mövlana haqqında tarix kitabları müxtəlif sözlərlə zəngindir. Kimisi onu kafir, kimisi haqq yolçusu, kimisi sadə şair kimi tanımışdır.

Davamı →

Mövlanənin rübailəri

1
Könül, uca Dosta – Ona bir yol var,
Ya gizli, ya açıq… Sına, bir yol var.
Lap altı yöndən də qapansa yollar,
Yar bağının qapısına bir yol var.

2
Haqq bilgisini seç, gəl,
Yara sığın! Əcəllə sovrulma, divara sığın!
Var kimi görünən yoxu tərk eylə,
Yox hesab etdiyin o vara sığın!

3
Nə mən – mənəm, nə sən – sənsən, nə sən – mən,
Həm mən – mənəm, həm sən – sənsən, həm mən – sən.
Eşqinlə doluyam, Hötənli gözəl,
Bilmirəm: əkizik, yoxsa sənsən mən?!
Davamı →

13-cü əsrdən dünyaya tolerantlıq dərsi verən Mövlana

Mövlana Cəlaləddin Rumi son illər Qərbdə ən çox oxunan şairlərdəndir. Onun ingilis dilinə tərcümə edilən əsərləri yüz min tirajlarla satılır. Madonna kimi məşhur sənətçilərin albomlarında onun şeirlərinə yer verilir. Bununla da həm ona olan sevgi və hörmətlərini ifadə edirlər, həm də onu sevənlərlə ünsiyyət yaratmış olurlar. Məsələnin maraqlı tərəfi isə odur ki, onu oxuyanlar arasında müxtəlif dinlərdən, inanclardan, irqlərdən və sosial qruplardan insanlar var.

Halbuki daha on il əvvələ qədər onu yalnız elmi çevrələrdə tanıyırdılar. Bu gün isə Amerikanın ədəbi mühitində həyəcanverici və fəlsəfi bir gücə çevrilmişdir. Ən əhəmiyyətli tərəflərindən biri isə öz mesajlarını heç kimi incitmədən çatdırması və hər kəsi qucaqlayaraq, özünə doğma bilməsidir. Buna görə də Mövlananı sıravi bir sufi kimi, hindi, buddist və ya yəhudi rahiblərinə bənzətmək olmaz.
Davamı →

Mövlananın vəsiyyəti

Ölərkən dostuna dediyi sözlər:
«Mən sizə, gizli və açıq Allahdan qorxmanızı, az yemək az yatmaq az danışmağı vəsiyyət edirəm. Günahlardan çəkinmənizi, oruc tutmağa və namaz qılmağa davam etmənizi, daim şəhvətdən qaçmağınızı, xalqın əziyyət və cəfasına dayanmanızı avam və səfehlərlə deyil, kərəm sahibi olan saleh kəslərlə birlikdə olmanızı vəsiyyət edirəm. İnsan üçün ən xeyirli iş onun başqa birilərinə faydasının toxunmasıdır. İnsan üçün ən xeyirli söz isə az deyilən və öz həmin adamın öz ruhundan gələn sözdür. Həmd, tək olan Allaha məxsusdur. Tövhid əhlinə salam olsun».

Daha sonra isə özündən sonrakı varisi dövrün filosofu olan sultan Vələdə üzünü çevirir:
«Ey oğlum! Sənə vəsiyyət edirəm ki:
Elm, ədəb və təqvaya tapın.
Hər zaman keçmiş din böyüklərinin əsərlərini araşdır.
Əhli-sünnə və camaat yolundan ayrılmamaq vəzifə olsun.
Davamı →

Mövlananın rübailəri

Ağlıyla, elmiylə tanınan kəsi
Bir tikə çörəyə etdilər əsir.
Onun biliklərlə dolu başında
İndi cövlan edir mal-mülk həvəsi.

Həm avam, həm dindaram, həm də dinsiz, kafirəm,
Həm uşağam, həm cavan, həm də ağsaqqal pirəm.
Canım bədəndən çıxsa, sanmayın öldüm… Deyin:
«Alıb getdi onu Dostu … elə dirildiyi dəm».

Ya rəbb, özün səbəb sal, məndəki «mən»i bilim,
Məğzimi dərk etməklə barı özümə gəlim.
Varlığımdan qoparaq sənin sirrinə varım,
Yoxsa səndən bixəbər bu canı, «mən»i neylim?!

Eşqə düşməyincə gülürdü üzüm,
Sonra alt-üst oldu gecəm-gündüzüm.
Aşiqlə məşuqu ayrı sanırdım –
Təki iki dənə görürmüş gözüm.


Ardı →

Üç sual, bir cavab

Hər yolun bir ədəbi vardır. Allahı sevmənin də ədəbi vardır. Dərviş, yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki! 

 
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən  birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.


Ardı →

Mövlanadan gözəl sözlər (2)

Hissləri ilə yaşayan, duyğularının əsiri olan adam, düşmənini öz xaricində axtarar dayanar. Halbuki onun ən böyük baş düşməni, onun öz içində olan nəfsidir.

Bu dünya dağa bənzər, işlərimiz, etdiklərimiz də səslənmək kimidir. Səslərimiz gözəl də olsa, çirkində olsa ,dağa çarpar, dönər yenə bizə gəlir.

İnsanların barışları da döyüşləri də bir xəyaldan doğulmaqdadır. Öyünmələri də, utanmaları da bir xəyala dözməkdədir.
Ardı →

Mövlanadan gözəl sözlər

Bir söz vardır. Dünyanı yuyar, xarab edər ;bir söz də vardır, ölü kimi cansız dayanan tülküyə aslan cəsarəti verər.

Əgər hamısıyla çətinliklərə budaq idinsə, daralıb qaldınsa səbr et, çünki səbir rahatlığın, genişliyin açarıdır.

Hər kəs öz xasiyyətindən olanlara yaxşılıq edər, köməkdə olar. Pis adamda beləcə iş etdim sanar.

Dəniz çayın yatağına sığmaz.
Ardı →

Mövlana Cəlaləddin Rumi

«Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilmərsən» — bu möhtəşəm sözün sahibi Mövlana Cəlaləddin-i Belhi Rumidir. Mövlana həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. Mövlana dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlana həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur.
Əsl adı Cəlaləddin olan Mövlana Belhi adını Belh bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi idi) və Mövlana adını da özünü sevən insanlar tərəfindən əfəndimiz mənasına gəldiyi üçün verilmişdir.
Davamı →