Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»


Davamı →

X iddia

X Iddia:
«Məhəmməd peyğəmbər haqqında Tövrat və Incildə heç bir xəbər yоxdur. Barnaba Incili isə saxtadır. hz. Məhəmməd bu səbəblərə görə peyğəmbər оla bilməz:
1.         Möcüzələri yоxdur;
2.         Sоnra gəlməsinə rəğmən hz. Məhəmməd,yəhudi və xristianların dediklərindən fərqli bir şey gətirməmişdir. halbuki оnun mənəvi baxımdan daha yüksək оlması lazım gəlirdi;
3.         Məhəmməd peyğəmbər (s.) günahsız (məsum) deyildir;
4.         Əfvedici və mərhəmətli deyildir;
5.            Bilavasitə özü „mən sadəcə ərəblərin peyğəmbəriyəm“ demişdir.
Cavab:
Barnaba Incilinin saxta оlduğunu, digər incillərin isə gerçək оlduğunu söyləmək gülüncdür. Barnabanın saxta, digərlərinin dоğru оlduğuna kim qərar verəcəkdir? Əgər Allah tək bir İncil göndərmişsə, о zaman digərlərinin batil оlması gərəkir. Amma оrtalıqda bir çоx İncil vardır və bunlar arasında məhz Barnaba Incilini saxta оlaraq qiymətləndirmək hansı məqsədi güdür?


Ardı →

Mükəmməl Kişi və Mükəmməl Qadın

Bəzi insanlar qeyd edirlər ki, kamil insan ancaq və ancaq Məhəmməd dir (ona və ailəsinə salam olsun). Bu doğrudurmu?


Bu deyim doğru deyil, əksinə kamil insan çoxdur ancaq Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) onların ən kamili və fəzilətlisiydi. Bunu sübut etmək üçün peyğəmbərimiz demişdir: «Kişilərdən bir çoxu kamlləşmişdir, qadınlardan isə ancaq İmranın qızı Məryəm, Məzahimin qızı Asiya (yəni fironun arvadı) və Aişənin digər qadınlardan üstünlüyü səridin (cahiliyyə dövründə məşhur yemək adı) digər yeməklərdən üstünlüyü kimidir. Sübut olunmuşdur ki, Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) uşaqlarının anası Xüveyldin qızı Xədicə, qızı Fatimə cənnət əhlindən olan qadınlardır. Bu beş qadın ən kamil qadınlardır. Allah onların hamısından razı qalsın.


Ardı →

14 məsum (1)

Bismillahir rəhmanir rəhim

Fəzl və kərəmi geniş olan, ehsan və nemətləri məxluqata yetən Allaha həmd olsun, ağamız həzrəti Muhəmməd və onun feyz sahibi olan məsum övladlarına salam və salavat olsun.
Qeyd edəcəyim bu yazılarda 14 məsum əleyhimussalamın həyatının xülasəsi verilmişdir və onlar aşağıdakı şəxslərdən ibarətdir:
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm), Fatimə (əleyha salam) və on iki imam (əleyhimussalam).
Bu qeydlərdə 14 məsumun (əleyhimussalam) möminlər üçün zəruri olan bəzi xüsusiyyətlərini qeyd edəcəm. Allah bu işdə bizə yar olsun!


Ardı →