Mərziyyə Davudova

Mərziyyə DavudovaMərziyyə Davudova 1901-ci ildə Həştərxanda dünya gəlib. Ötən əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. 

Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: «Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır». Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində «Birinci Teatr» adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.
Ardı →