Mərkəzi Avropa Universitetinin professoru həmin universitetə tələbə qəbulu barədə müsahibə vermişdir

 
 Julia xanım, zəhmət olmasa oxuculara özünüzü təqdim edərdiniz.
Mən Mərkəzi Avropa Universitetində yerləşən İctimai Siyasət Məktəbinin müqayisəli siyasət üzrəprofessoru və dekan müaviniyəm. İxtisaslaşdığım coğrafi zona Latın Amerikasıdır. Mən təhlükəsizlik, narkotik maddələr, şiddət və gender əsaslı şiddət, inkişaf və ictimai səhiyyə demokratikləşmə və konfliktsonrası yenidənqurma kimi sahələri özündə birləşdirən akademik və siyasi təcrübəni əhatə edən sahələrdə işləmişəm.
Davamı →

Budapeştin kompaktlığı, gözəlliyi, hər fəsildə iqlimin mülayim olması və hər yerdə insanların istiqanlılığı bu ölkəni və şəhəri mənə sevdirən ən əsas səbəblərdir


Növbəti müsahibimiz Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinin İctimai Siyasət ixtisası üzrə magistrantı Toğrul Səfərzadədir. 


— Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?
Hələ 2014-cü ildə İsveç Krallığında Erasmus dəyişim programı ilə təhsil aldığım zaman gələcəkdə Avropa universitetlərinin birində magistr təhsilimi davam etdirmək qərarını almışdım. Uzun araşdırmalardan sonra, Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetinin (Central European University) post-Sovet ölkələrindən gələn tələbələrə geniş miqyasda təqaüd imkanları verdiyini öyrəndim. Beləliklə, seçimlərim arasında Macarıstan birinci yeri aldı.
-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?
Tarixən fərqli-fərqli imperiyaların bu torpaqlarda hökm sürdüyünü nəzərə alaraq, Şərq və Qərb arxitekturalarını əks etdirən çoxlu sayda binalar məni valeh edən amillərdən biri olmuşdu. Tabii ki, bununla yanaşı, insalarının çox istiqanlı və cana yaxın olduqlarını qeyd etmək istərdim.
  — İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Magistr təhsili üçün bu universiteti seçməyinizin əsas səbəbləri nə idi?
Hal-hazırda Mərkəzi Avropa Universitetinin nəzdində olan İctimai Siyasət Məktəbində (School of Public Policy) İctimai Siyasət üzrə magistr təhsilimi davam etdirirəm. İxtisasım fərqli dövlət strukturlarını öyrətməklə yanaşı, bu dövlətlərin iqtisadi, sosial və siyasi baxımdan qarşılaşa biləcəkləri problemlər təqdirində necə hərəkət etməyi və ya dövlət orqanlarına ən uyğun hesab etdiyimiz siyasəti dəstəkləyən məqalələr yazmağın yollarını göstərir. Yüksək təhsil keyfiyyəti, çoxmədəniyyətli mühit və Açıq Cəmiyyət Fondunun mənə vermiş olduğu təqaüd imkanı bu universiteti seçməyimin əsas səbəbləri sırasındadır.
— Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?
Təəssüflər olsun ki, yaxın tarixin təhsil sistemimizdə buraxdığı mənfi izlərdən dolayı, Avropadaki isti tələbə-müəllim münasibətlərini Azərbaycanda görmək bir az çətindir. Amma yaxın gələcəkdə mənim kimi xaricdə təhsil alan gənclərimizin vətənə geri dönüb həm bu yöndə, həm də təhsil keyfiyyətəni artırmaq yönündə ciddi addımlar atacaqlarına inanıram.
  — Zəhmət olmasa təhsil aldığınız təqaüd proqramı haqqında məlumat verərdiz. Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?
Təhsilim Corc Sorosun (Mərkəzi Avropa Universitetinin qurucusu) 1993-cü ildə qurmuş olduğu Açıq Cəmiyyət Fondu (Open Society Foundations) tərəfindən maliyyələşir. Təbii ki, bu təqaüd proqramına minlərlə tələbələrin müraciətlərini nəzərə alsaq qəbul heç də asan olmadı, amma, istək, zəhmət və əzm olduqdan sonra heçnəyin mümkünsüz olmadığını anladım. Buna görə də bütün tələbə olmağa hazırlaşan gənclərimizə bu zamanda səbrli və əzmli olmalarını tövsiyyə edirəm.
  — Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?
Budapeştin Avropanin tam mərkəzində yerləşməsi həm yerli sakinlər üçün, həm də xaricdən gələn iş adamları və tələbələr üçün asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə çox boyük imkanlar yaradır. Belə bir imkanlardan biri də paytaxtın bir neçə ölkələrə yaxın olmasıdır. Mənim kimi bir illik və çox intensiv programda oxuyan, bunun üçün boş vaxtı az olan və eyni zamanda səyahət etməyi sevən tələbələr üçün belə bir coğrafi yerləşim çox boyük bir üstünlükdür. Bununla yanaşı, çoxlu sayda festivalların keçirildiyi və saysız hesabsız muzeylərin, operaların və teatrların yerləşdiyi bu şəhər başqa ölkələrdən gələn əcnəbi tələbələrə darıxmağa şərait yaratmır.
  — Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?
İlk öncə onu qeyd etmək istərdim ki, belə bir qərar almaq artıq özü çox böyük bir məsuliyyətdir, çünki indi atacağınız addım gələcək iş həyatınızda çox boyük rol oynayacaq. Onun üçün belə bir zamanda seçmək istədiyiniz təhsil müəssisəsinin reytinqini qeydə almağı və ən əsası da özünüzün həvəsli olduğu sahəni seçməyi tövsiyyə edirəm.
— Macarıstanı, Budapeşti və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?
Şəhərin kompaktlığı, gözəlliyi, hər fəsildə iqlimin mülayim olması və hər yerdə insanların istiqanlılığı bu ölkəni və şəhəri mənə sevdirən ən əsas səbəblərdir.
— Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Belə bir gözəl imkan yaratdıgınız üçün mən də öz növbəmdə Sizə təşəkkür edirəm.

 








Davamı →

Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:
— Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);
— Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);
— Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları;
— yataqxanada qalmaq haqqı;
— tibbi sığorta xərcləri;
— yaşayış xərcləri.

Bu təqaüd proqramını qazanmaq istəyən şəxslər aşağıdakı sənədləri ingilis dilində hazırlayıb 2015-ci il yanvarın 31-nə qədər göndərməlidirlər. Sənədlərin siyahısı və ətraflı məlumatı bu keçiddən oxuya bilərsiniz.
Davamı →