"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)
Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə “Mahatma” titulu vermişdir. “Mahatma” – “Böyük Qəlb”, “Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — “Mən bu titula layiq deyiləm.”
Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox “güc tədbiq etməmək” metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq, oturaq tətillər etmək və s...
Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.
Qandi heç bir qəddarlıq və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar:
Ardı →