Manaf Süleymanov

Könlünü sözə bağlayandan, əlinə qələm alıb duyğulanan gündən saysız-hesabsız məqalə, hekayə, povest, roman və nəhayət, xatirələrini yazıb. Onlarla kitabın müəllifi kimi tanınıb, sevilib. Dövrünün məşhur yazıçılarından biri kimi böyük rəğbət qazanıb. Elmi axtarışlarla da məşğul olub. Alimlik dərəcəsi alıb. Ali məktəblərdə dosent kimi çalışıb. Tanrı ona bağışlanan ömür payında da səxavətli olub. 90 ilə kimi ömür sürüb Manaf Süleymanov. O, sadəcə yazılarının dərci və kitablarının nəşri ilə məşğul olmurdu.

Xarici ölkə ədəbiyyatından, xüsusilə də rus və ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məharətlə tərcümə edirdi. Ondan bizə böyük bir ədəbi irs yadigar qalıb. Yəqin ki, tədqiqatçılar, ədəbiyyatçılar Manaf Süleymanov yaradıcılığını bu günün gözü ilə araşdıraraq bu yazıçının Azərbaycan ədəbiyyatına, tarixinə bəxş etdiyi töhfələrin həqiqi dəyərini verəcəklər. O, çox cəfakeş, fədakar, həm də həyat həqiqətinə sadiqliyi ilə seçilən bir qələm sahibi idi.
Davamı →