Mariya Sibilla Merian

Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya — zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. 3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur. 

Mariyanın təbiətə olan böyük marağı ilə rəsm çəkməyə olan həvəsinin birləşməsi daha 13 yaşındaykən müxtəlif növ bitki və böcək təsvirləri yaratmasına səbəb olur.

1665-ci ildə Mariya ögey atası Marrelin şagirdi Cohann Andreas Qraff ilə ailə qurur. Ondan iki qız övladı olur. 1667-ci ildə Mariya ailəsi ilə birlikdə Nürnberq şəhərinə gedir. Orada ilk peşəkar uğurlarını əldə edir. 1681-ci ildə ögey atası vəfat edir və ailə mirası yerbəyer etmək üçün Frankfurta dönmək məcburiyyətində qalır.

Mariya 1685-ci ildə 38 yaşındaykən həyat yoldaşından ayrılır. Anası və qızları ilə birlikdə Hollandiyada qatı protestant cəmiyyət olan Labadistlərə qoşulur. Bu dövrdə Surinam plantasiyalarından gətirilən tropik bitkilərə qarşı böyük bir həvəs, maraq hiss edir.
Ardı →