Marketinqin rəngi

Gözümüzü hər sabah rəngarəng bir dünyaya açırıq və bu rənglər bizə bizim anladığımızdan daha çox şey söyləyir. Rəng ilk nəzərimizə çarpan və son unutduğumuz şeydir. Rəng ən dərin düşüncələrimizin, duyğularımızın və istəklərimizin qapısıdır. Məşhur alman filosofu Höteyə görə «işığın acıları» olan rənglər, əslində, «marketinqin sevincinə» çevrilə bilər.


Sənaye inqilabından fərqli olaraq informasiya əsrində bazara istehsalçıların satmaq istədikləri deyil, sata biləcəkləri, yəni istehlakçıların arzuladıqları, almaq istədikləri məhsulların çıxarılması zərurəti yaranmışdır. Müasir marketinq strategiyalarının əsasında da məhz mürəkkəb sosial-psixoloji varlıq olan insan, onun arzu və istəkləri, davranışı dayanır.


Ardı →