Özünü əxlaqsız sayan dahi filosof

  • Esse
“Bəli mən əxlaqsızam, lakin cinayətkar və qatil deyiləm. İnsanlara verilən mükəmməl, sərhədsiz ehtiras duyğusunu tərənnüm edir, şəhvət düşkünlərini müdafiə edirəm. Əgər şəhvət əxlaqsızlıqdırsa o zaman mən ən böyük əxlaqsızam ”

Markiz De Sad qədər cəsarətli filosof – yazar tapmaq çətindir desəm yəqin ki, etiraz etməzsiniz. Yuxarıda yazdığım fikirlər əlbəttə, ona məxsusdur. Bütün dövrlərin ən çox təqib və təhqir olunan, müxtəlif siyasi rejimlərin həbsdə saxladığı yazıçı monarxiyaya qarşı ciddi mənada mübarizə aparan ilk inqilabçı demokratlardan biridir. Əsərlərində Tanrıya qarşı üsyan edən De Sad bəşəriyyətin bütün bəlalarına görə onu günahkar hesab edir. Yazdığı bütün kitablarda azad hissləri, sərhədsiz ehtirası təbliğ edən yazıçı bununla insan duyğularının qanun və Tanrı qorxusu ilə məhdudlaşdırılmasını qəbul etmir.
Davamı →

Markiz de Sad

“Məni qəfəsə qapatmağı bacardız. Amma məni ya öldürün, ya da olduğum kimi qəbul edin. Çünki onsuz da məni dəyişə bilməyəcəksiz” (Markiz de Sad)

Fransız Markiz de Sad dünya ədəbiyyatının mübahisəli simalarından biridir. Markiz de Sad

Uzun müddət əsərləri qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Sadın şəxsiyyəti, konsepsiyası fransız intellektualları arasında uzun müddət müzakirə olunub.

Fransız şairi Giyom Apolliner deyirdi ki, XX əsrdə onun ideyaları dominant olacaq.

Sad əsərlərində insan təbiətinin qaranlıq tərəflərini araşdırırdı.

Yazıçı hələ XVIII əsrdə deyirdi ki, insanın davranışları onun instinktləri, gizli arzuları, seksual istəkləri ilə bağlıdır.

İnsan davranışının əsas tənzimləyicisinin təhtəlşüurdakı istəklərlə əlaqəli olduğunu XX əsrdə Freyd elmi nöqteyi-nəzərdən araşdırdı və Apollinerin öncəgörməsi özünü doğrultdu.

Fransız yazıçısı Andre Bretona görə Sad sosial və əxlaq azadlığına çağırış edir.

Sürrealistlər üçün isə o, riyakar əxlaqa qarşı etirazın simvolu idi.
Ardı →