Oxucuların ən çox yarıda saxladığı əsər - Prustun antirekord qıran şedevri

Bəri başdan özümü sığortalamaq üçün deyim ki, 7 kitabdan ibarət və dünyanın ən möhtəşəm əsərlərindən biri olan “İtirilmiş zamanın sorağında” haqda bir yazıda bütün incəlikləri verə bilmək çox çətindir. Mən sadəcə öz təəssüratlarımı bölüşmək istədim. Çünki Prustu oxuyandan sonra içimdə qəribə bir hüzur yarandı. İstədim ki, bu hüzuru sizinlə də paylaşım.
Mənə elə gəlir ki, həyatını bütünlüklə ədəbiyyata həsr edən kəs günün birində böyük yazıçı olacaq. Marsel Prustun “İtirilmiş zamanın sorağında” adlı div əsərini oxuyandan sonra düşündüm ki, həyatını ədəbiyyata çevirə bilməyənlər uğursuzluq yaşayacaqlar. Yalnız bütün həyatını ədəbiyyatla dolduran insanlar böyük yazıçı olmaq şansı qazanacaqlar.

Davamı →

Prustdan sitatlar

O gecə Madam de Laumes ərinə dedi: «Miskin Svan əvvəlkitək valehedicidir, lakin çox bədbəxt bir görkəmdədir. Siz də şahidi olacaqsınız, belə ki tezliklə şam yeməyi üçün gələcəyinə dair vəd verdi. Əslində, onun kimi bir intellekt sahibi insanın qadın ucbatından əzablara düçar olmasını gülünc hesab edirəm;

Üstəlik, qadının maraqlı bir tərəfi də yoxmuş, gicbəsərin biriymiş» deyə əlavə etdi, eşqi dadmayan insanlara məxsus bir məntiqlə; belə adamlar, ağıllı bir kişi yeganə olaraq kədərlənməyinə dəyəcək qadınlara görə bədbəxt olmalıdır deyə düşünürlər, ki bu da vəba çöpləri qədər kiciçik bir varlığa görə vəba xəstəliyinə yoluxmağa razılıq verməyə bənzəyir. Bu isə çox təəccüblüdür. (“Svanlara tərəf” romanından)

Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Davamı →

Marsel Prust

Marsel Prust haqqında Marsel Prust
Marsel Prustun “İtirilmiş Zamanın Arxasında” adlı romanını oxumağa cəhd etməmisinizsə, bu yazının yazılmasının səbəbini tam anlaya bilməniz mümkün deyil.

Oxumasanız belə, kitabı əlinizə götürmək kifayətdir ki, Prustun qısa yazmağa alışıq olmadığını anlayasınız. 

Ümumiyyətlə, Prusta qədər böyük romanlar yazmaq ruslara xas idi, amma Prustdan başlayaraq uzun roman yazmaq yarışına fransızlar da qatıldılar.

“Səhər gimnastikası” 
Prustun romanı əlinizə götürüb bir neçə dəfə qaldırmağa çalışın. Əminəm ki, bundan sonra ştanq qaldırmaq üçün səhərlər gimnastika salonuna getmə ehtiyacınız qalmayacaq.

Uzun səfərə yollanarkən onun kitabını özünüzlə götürməyə cəhd etməyin. Çünki aeroportda təyyarəyə mütləq gecikəcəksiniz. Kitabın əlavə ağırlığı ucbatından təyyarənin qapısına qədər qaça bilməniz mümkün deyil. “Yanımda daşımayım” deyib baqaja vermək istəsəniz, onda da ağırlığına görə əlavə pul ödəyəcəksiniz.
Ardı →