“Master və Marqarita”nın 7 açarı

“Master və Marqarita” Mixail Bulqakovun ən məşhur romanı olmaqla yanaşı, həm də ədəbiyyatın ən sirli əsərlərindən biridir. Neçə illərdir ki, tədqiqatçılar romanın sirrini tapmağa çalışır. Onların çoxu belə düşünür ki, əsərin yeddi açarı var, həmin açarlar vasitəsilə “Master və Marqarita”nı başa düşmək olar.

1. Ədəbi mistifikasiya
Tədqiqatçılara dəqiq məlumdur ki, Mixail Bulqakov XIX əsr alman mistisizmini ciddi surətdə öyrənirdi. Məhz Tanrı haqqındakı traktatları, xristian və iudaizm dinlərində iblis barədə rəvayətləri, Şeytan haqqında əfsanələri oxuyandan sonra belə bir kitab yazmaq həvəsinə düşmüşdü. Əsərdə onun bütün oxuduqları ümumi şəkildə əks etdirilib.
Davamı →

Ruhunu şeytana satan Bulqakov

Ruhunu satmaqla bağlı
Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb.

Əskik olan personaj
1937-ci ildə A. S. Puşkinin ölümünün ildönümü münasibətiylə bir neçə yazara onun haqda pyes yazmaq tapşırılır. Bu yazarlar arasında M. A. Bulqakov da olur. Lakin Bulqakovun “Aleksandr Puşkin” adlı pyesində digər müəlliflərin əsərlərindən fərqli olaraq bir obrazı verilmir. Bulqakov hesab edirmiş ki, bu şəxsin səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Həmin şəxs Aleksandr Puşkin özü imiş.

Davamı →