Divanə dahilər

Dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivələrdən tam uzaqdırlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir.

Nikolay Qoqol
Dahi yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. Vaxtaşırı gələn psixi narahatlığı onu rahat buraxmırdı. Gözünə müxtəlif simalar görünür, qulağı səslər eşidirdi. İstənilən anda sakitləşib, bir kənara çəkilə, yaxud dəli bir ehtirasla aşıb-daşa bilərdi.

Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidaların ziyanından xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.

Mixail Lermontov
Şairin özündən sonra qoyduğu ədəbi irsi olduqca zəngindir. Buna baxmayaraq, onun psixoloji və emosional durumu heç vaxt sabit olmayıb. Bu isə Mixailə irsən ötürülüb. Sirr deyil ki, şairin babası da daim dərin depressiyadan əziyyət çəkib və intihar edərək dünyasını dəyişib. Anası yüksək dərəcəli nevrozdan yaxa qurtara bilmirdi, atası isə əyləncəyə və qumara meylli idi. Mənbələrə görə, atasının anası da kifayət qədər qəddar və hökmranlıq etməyi sevən qadın olub.
Davamı →

Mayakovski və Elza

  • Sevgi
… Otel otağının düz altından küçə kafesinin səs-küyü ucalırdı. Sərxoş gülüş səsləri, badə toqquşmaları eşidilirdi. Bu, onu qıcıqlandırırdı. Sakitlik haqqında düşünmək istəyirdi. Amma məşhur Monparnas küçəsinə bunu necə izah edəsən?! İndi onun pulu ancaq bu səs-küylü küçədəki oteldə qalmağa çatırdı. Sonra nə olacaqdı?!

Yatağın üstündəki əşyaların içində gündəliyi vardı. Elza artıq yol çemodanını toplayırdı. Gündəliyin səhifələrində itilənmiş karandaşla yazılmış hərflər görünürdü. O, sürtülmüş və rəngi solmuş dəftəri götürdü. Açdı və pəncərənin qarşısında dayandı. Bir neçə dəqiqə səs-küylü küçəni izlədikdən sonra yazdı: 28 yaşım var. Özümdən bezmişəm.
Davamı →