Meksika mətbəxi və mədəniyyəti

Meksika mətbəxi 8-9 min illik tarixi ilə ən köhnə mətbəxlərdən biridir. Qarğıdalı, paxla, şokolad, müxtəlif acı qırmızı bibərlər, balqabaq və qarğıdalı unundan hazırlanan «tortilla» hər Meksikalının evində tapılır. Bunlar mətbəxin söykəndiyi təməl maddələrdir. Amerikanın kəşfindən sonra İspanların gətirdiyi ispan və Ərəb mətbəxi təsirləri Meksikanın yerli mətbəxi ilə birləşmiş və çox zəngin bir mətbəx ortaya çıxmışdır.
Acı bibər dəyişik rəng və formaları ilə Cənubi Amerikada yetişir. Bütün dünyaya bu bölgədən yayılmışdır. Acı bibəri Cənubi Amerika yerliləri 7000 ildən bəri istifadə edirdilər.

Davamı →

Meksika inqilabı

XX əsrin əvvəllərində dünyanın təlatümlü bölgələrindən biri də Latın Amerikası idi. Bu dövrdə Latın Amerikası ölkələrində azadlıq hərəkatında yeni mərhələ başlamışdı. Bu mərhələdə başlıca səciyyəvi cəhət azadlıq hərəkatında xalqın bütün zümrələrinin iştirak etməsi idi. Azadlıq hərəkatı siyasi hakimiyyətdə və iqtisadiyyatda hakim mövqe tutan mülkədar latifundiyaçılarla xalqın ağır istismarında iştirak edən xarici inhisarların ittifaqına qarşı çevrilmişdi. Bu mübarizədə milli iqtisadiyyatın inkişafında marağı olan yerli burjuaziya və daha çox istismara məruz qalan fəhlə və kəndlilər aparıcı rol oynayırdılar.
Ardı →