Məşhur avtomobil markalarının mənaları

Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik.

«Mitsubishi»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

«Mercedes-Benz» — avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına «Mercedes» adını qoydular.

«Mazda»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.

«Hyundai»- Koreya dilində «modern, çağdaş» deməkdir.

«Kia» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir.

«Cadillac» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.

«Pontiac» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.


Ardı →

"Mercedes-Benz" tarixi

Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir.
1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı.
Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu.
Ardı →