Artur Millerin kədərli sarışını Merlin Monro

Artur Millerin ömrünün son illərində ondan müsahibə alırlar. Monro barədə danışanda onun barmaqları titrəyir...
Onlar, yazıçının dediyi kimi, iki fərqli qütb idilər. Artur özü də etiraf edirdi ki, Monronu çözə bilməyib. Amma kim deyir ki, sevdiyini sonadək çözməlisən?
Yazıçıya elə gəlirdi ki, Merilinə ümid vermək üçün onun yanında olmaq kifayətdir. Amma o yanılırdı.
Onlar ziyafətdə tanış olmuşdular. Merilin, həmişə kimi açı-saçıq paltarda idi, şərab içir, öz qeyri-adi təbəssümündən hamıya pay verirdi. Əri sabiq beysbolçu Co Dimaco qısqanmaqdan yorulmuşdu.

Davamı →

Merlin Monro stili

Merlin Monro bir stil ikonasıdır. Bəs necə geyinirdi? Hansı parçalardan istifadə edirdi? Siz də stil ikonası olan Merlin Monro kimi geyinmək arzusundasınızsa, onun geyimi ilə bağı bəzi sirrləri öyrənin.

Merlin Monro əsasən təzad təşkil edən rənglərdən istifadə etməyə üstünlük verirdi. Bu mövsüm dəbdə olacaq kvadrat cizgili, çiçəkli geyimlər onun sevimlisi idi. Qısa ətəkli şalvar və incə topuqlu ayaqqabılardan imtina etməzdi heç vaxt. Müasir bir görünüş üçün Monro stilini seçirsinizsə, incə və dərin dekolteli geyimlərə üstünlük verə bilərsiniz.

İdman tərzi üçün Monro stilini seçənlər dik yaxalar, boğazlı trikotaj və yüksək belli şalvarlara üstünlük versin.

Geyiminizdə bədəninizin ən bəyəndiyiniz nahiyəsini önə çıxarın. Ziddiyyətlərdən yararlanın. Bununla həm incə görünəcəksiniz, həm də diqqətə çarpan bir stilə sahib olacaqsınız.

Merlin yay aylarında açıq rəngli yay geyimlərini zərif makiyaj və daha təbii saçlarla kombinə etməyi sevərdi. Yüksək belli ətəklər Merlinin sevimlilərindən biri idi. Ən əsası, bunu nə ilə kombinə etməkdir. Yüksək belli ətəkləri geyinirsininsə, nazik daban ayaqqabı və ətəyi kölgədə qoymayacaq köynək seçin.
Ardı →

Merilin Monro

Anadan olanda ona valideynləri başqa ad qoymuşdular. Və o zaman heç ağıllarına belə gəlməmişdi ki, bir gün gələcək bu balaca qızcığaz özünün seçdiyi adla bütün dünyanı fəth edəcək. O, uşaqlıq və yeniyetməlik dövrünü Norma Cin Mortensen adı ilə keçirmişdi. Anası Qledis Monra Beyker Mortensen o dövrdə Hollivudda montajçı işləyirdi. Atası Edvard Mortensen isə daimi iş sahibi olmayan bir adam idi. Əslində Edvardın Norma Cinin taleyində nə bir ata, nə də həyatını Qledislə birləşdirən adi bir şəxs kimi heç bir rolu olmamışdı. Yazılanlara əsaslansaq Edvard qızı dünyaya gəlməmişdən səssizcə onların həyatından çıxıb getmişdi. Bu hadisə əsas səbəb olmasa da sonradan ailənin daha ağır günləri başlamışdı. Və yaranmış bu acınacaqlı durumun əziyyətini ən çox qızları Norma Cin çəkmişdi. Bu balaca qızcığaz həyatın hələ nə olduğunu başa düşməmiş ən müxtəlif əzablardan keçməli olmuşdu. Taleyinə onları atıb gedən ata, 7 yaşında ikən psixi müalicəxanaya yerləşdirilən ana düşən Norma Cin çox çəkmədi ki, insanların gözəlliyinə, istedadına valeh olduğu Merilin Monroya çevrildi.


Ardı →

Merilin Monro–Amerikanın seks simvolu

  • Qadın

Merilin Monronun xoşbəxtlikdən başqa hər şeyi vardı
Beverli-Hilzdəki kiçik, amma rahat mənzilin qapısını artıq 20 dəqiqə idi ki, döyürdülər. Qapı açılanda Hollivudun sevimlisi astanada dayanmışdı. Poçtalyon Norma Cin Bekker üçün dostlarının ad gününü təbrik eləyərək gül göndərdiyini dedi. Xanım «Burda Norma Cin Bekker yaşamır və onun dostları da yoxdur» — deyib qapını çırpdı. Sonra viski tökülmüş stəkanı götürüb «Ad günün mübarək, Merlin» dedi. Həmən günü onu daha kimsə təbrik eləmədi. Merlin növbəti şampan şərabını açmağa getdi. Masada onlarla açıq şampan vardı. Amma o, təzəcə açılmış şampanı sevir.


Ardı →